• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-11-2026 Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - VİDEO
  • 15-11-2026 Milli Qəhrəman vəfat etdi
  • 15-11-2026 ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
  • 15-11-2026 Zülalla ən zəngin çərəz
  • 15-11-2026 Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
  • 15-11-2026 İRAN HƏR AN VURULA BİLƏR! – ABŞ VƏ İSRAİL MÜHARİBƏYƏ HAZIRDIR, TEHRAN SON DÖYÜŞƏ HAZIRLIQ GÖRÜR
  • 15-11-2026 Zəngəzurda böyük dəyişiklik – Rusiya sərhədçiləri Araz boyu çıxarılır
  • 15-11-2026 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
  • 15-11-2026 Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
  • 15-11-2026 “Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
  • 15-11-2026 Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
  • 15-11-2026 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
  • 15-11-2026 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
  • 15-11-2026 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • 14-11-2026 Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
  • 14-11-2026 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
  • 14-11-2026 Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
  • 14-11-2026 Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
  • 14-11-2026 Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
  • 14-11-2026 Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - FOTO

XƏBƏRLƏR

    Zülalla ən zəngin çərəz
    “Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
    Sneyder bu kluba baş məşqçi təyin olundu
    “Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
    Bakıya nə zaman qar yağacaq? - açıqlama
    Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
    İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Dünən, 05:35

Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma

Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma



Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib.

Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, şərəf və ləyaqətlərinə hörmət etməlidirlər. Həmçinin müəllimlərin intizam tədbiri kimi uşaqlara qarşı zorakılığın hər hansı formasını tətbiq etməsi qadağan olunur.

Maraqlıdır, yeni öhdəliklər məktəblərdə baş verən neqativ halların qarşısının alınmasına kömək edəcəkmi?

Nyus.Az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev bildirib ki, qəbul edilən qərarlar məktəblərdə zorakılıq hallarının qarşısının alınmasına, eyni zamanda şagirdlərin davranışlarının müəllimlər tərəfindən tənzimlənməsinə xidmət edir. Lakin bu zaman müəllimlərin şagirdləri idarə etməsi çətinləşir:

"Çünki müəllimin əlində olan, belə demək mümkündürsə, ünsiyyət vasitələri, yəni təsir imkanları məhdudlaşdırılır. Nəticədə şagirdlər daha sərbəst davranmağa başlayırlar. Belə ki, qaydalarda hətta verbal ünsiyyət vasitəsilə şagirdin sakitləşdirilməsi ilə bağlı tövsiyələr verilir. Ancaq elə şagirdlər var ki, onları bu üsulla sakitləşdirmək və sinfi idarə etmək mümkün olmur".

Ekspertin fikrincə, bu qaydalarla yanaşı, şagirdlərin də məsuliyyətinin artırılması istiqamətində qərarların qəbul edilməsi məqsədəuyğun olardı:

"Belə ki, onların davranışlarına uyğun olaraq xəbərdarlıqların edilməsi, cərimələrin tətbiqi, qırmızı kart sistemindən istifadə olunması, zərurət yarandıqda isə məktəbdən uzaqlaşdırılması və ya daha ciddi nizam-intizam qaydaları olan digər təhsil müəssisələrinə köçürülməsi nəzərdə tutula bilər. Bu tədbirlər məktəblərin idarə olunmasına və zorakılıq hallarının qarşısının alınmasına kömək edə bilər.

Xüsusilə qeyd etmək istərdim ki, elə şagirdlər var ki, valideynləri belə onları evdə nəzarətdə saxlaya bilmir və bütün öhdəlikləri məktəbin üzərinə qoyurlar. Yəni məktəbdən həm təlim, həm də tərbiyə ilə məşğul olmasını gözləyirlər. Təbii ki, bu da müəllimlərin işini bir qədər çətinləşdirir.

Düşünürəm ki, bu cür qərarların qəbul edilməsi ümumilikdə doğru addımdır. Ancaq şagirdlərin məsuliyyətinin artırılması ilə bağlı da qərarların qəbul edilməsi vacibdir. Onlara ciddi xəbərdarlıqların edilməsi, zərurət yarandıqda məktəbdən uzaqlaşdırılması və ya daha sərt nizam-intizam qaydaları olan digər məktəblərə köçürülməsi vasitəsilə təhsil müəssisələrində idarəetməni yaxşılaşdırmaq, eyni zamanda zorakılıq hallarının qarşısını almaq mümkün ola bilər.

Əvvəlki dövrlərdə də görmüşük ki, idarə olunması çətin olan şagirdlər üçün xüsusi məktəblər fəaliyyət göstərib. Həmin müəssisələrdə belə şagirdlərin davranışları xüsusi nizam-intizam qaydaları əsasında tənzimlənib. Təbii ki, bu cür məktəblərə göndərilmək ehtimalı şagirdləri daha məsuliyyətli və intizamlı davranmağa sövq edə bilər".

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az