• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 03-09-2026 Azərbaycan – Litva matçının məkanı dəyişdirildi - Gəncədə olmayacaq
  • 03-09-2026 Bəzi ərazilərə qazın verilişi dayandırılacaq
  • 03-09-2026 SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
  • 03-09-2026 Estetik və plastik əməliyyatlara QADAĞA gəlir?
  • 03-09-2026 Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 03-09-2026 Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq – SİYAHI
  • 03-09-2026 ABŞ-İran münaqişəsi 2027-ci ilə keçəcək - WSJ
  • 03-09-2026 Heqset ABŞ Ordusunun modernləşməsinə mane olur – CNN
  • 03-09-2026 Xırdalanda obyektin üzərində əlavə tikinti aparıldı - VİDEO
  • 03-09-2026 Biləcəriyə gedən yolun eniş hissəsi tam bağlanacaq
  • 03-09-2026 Özəl məktəblərdə qiymət niyə bahadır? – İllik təhsil haqqı 26 min manata çatır - VIDEO
  • 03-09-2026 Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır
  • 03-09-2026 “Sevdan bir ateş”in yayım tarixi bəlli oldu
  • 03-09-2026 Bu kəndə köçənlərə ev və iş verilir
  • 03-09-2026 Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı - VIDEO
  • 02-09-2026 Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
  • 02-09-2026 Rövşən Nəcəf Orxan İsmayılova VƏZİFƏ verdi
  • 02-09-2026 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik
  • 02-09-2026 Dövlət qurumlarının adından edilən bu zənglərə aldanmayın - DİN
  • 02-09-2026 Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

XƏBƏRLƏR

    Azərbaycan – Litva matçının məkanı dəyişdirildi - Gəncədə olmayacaq
    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
6-05-2019, 12:53

Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı

Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı

Uzun müddətdir ki, Zaqatala rayon 17 nömrəli yol istismarı idarəsinin rəisi Mövlud Qəhrəmanovun müxtəlif təyinatlar üzrə ayrılmış büdcə vəsaitlərini ələ keçirməsi və bunun qarşılığında özü üçün neçə-neçə obyektlər inşa etdirməsi və s. haqda məlumatlar, əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib. Adicə bir faktı vurğulayaq ki, adı çəkilən bu şəxsin adı ölkəmizin şimal rayonlarından olan Zaqatalada, məhz daşıdığı vəzifəsinə görə deyil, daha çox oliqarx-məmur olması səbəbindən dillər əzbəri olub. Məsələnin maraqlı və düşündürücü tərəfi ondan ibarətdir ki, Saleh Məmmədov Avtomobil Yolları Dövlət Agentliyinə rəhbərlik etdiyi vaxtdan bugünə kimi, Mövlud Qəhrəmanovun iş fəaliyyətinin lazımınca araşdırılmadığı söylənilir. Bu da ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Buna baxmayaraq o da hər kəsə bəllidir ki, Saleh Məmmədov adı çəkilən bu quruma rəhbər təyin olunduqdan sonra, respublikamızın yol infrasturukturunda əsaslı islahat proqramları həyata keçirildi, çoxsaylı uğurlara imza atıldı. Yəni, atılan addımların hər biri hər kəsin gözləri önündədir. Bəzi sakinlərin söylədiklərinə görə, Avtomobil Yolları Dövlət Agentliyi rəhbərinin Prezidentin mühafizə idarəsinin rəisi, general Bəylər Əyyubova bağlı şəxs olduğundan, Mövlud Qəhrəmanov özünü sanki “toxunulmaz vəzifə sahibi” hesab edir. Belə bir halın varlığı da bu şəxsə geniş “əl-qol açmağa” imkanlar yaradır. Ayrı-ayrı şəxslərin iddialarına görə 17 nömrəli yol istismarı idarəsinin rəisi, idarəçiliyini həyata keçirərkən elə bir incə metod və üsullardan istifadə edir ki, bu da son anda onun maddi maraqlarının təmin olunması ilə nəticələnir. Belə bir səbəblər üzündəndir ki, hazırda Mövlud Qəhrəmanovun “Qəbələ” restoranı, adını tam dəqiqləşdirə bilmədiyimiz başqa bir şadlıq sarayı, neçə-neçə daşınan və daşınmaz əmlakları var. Yəni, bu şəxs sahib olduğu əmlaklarının dəyərinə görə, heç də sıradan bir şəxs deyil.
Bir halın varlığını da qeyd edək ki, Mövlud Qəhrəmanovun həm büdcə vəsaitlərini “tarmar etməkdə”, həm də onun iş üslubu haqda KİV nümayəndələrinə məlumatlar çatdıran kənar şəxslərin ünvanına təhqiramiz ifadələr işlətməkdə də mahirdir. Məsələn, elə ki, adı çəkilən vəzifə sahibinə bu və ya digər məsələlərlə bağlı suallar verirsən, o halda o, “çox qələt edib yazıblar, başlarını da daşa döyüblər” deməkdən də çəkinmir. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndində hər bir şəxsin hüquq və azadlığı ilə xüsusi hallar qeyd olunub. Yəni, hər bir şəxsin şərəf və ləyaqəti qanunla qorunur. Belə bir ifadələrin işlədilməsi vəzifə sahibi olan bir şəxsə yaraşmasa da, nədənsə Mövlud Qəhrəmanov bu cür “qəhrəmanlığından da” geri qalmır. O, mənimsəmə faktları və digər olaylarla bağlı ünvanlanan suallara “əlli il rəhbər vəzifələr daşımışam, mənim niyə testoranlarım, icarəyə verdiyim kafelərim və digər əmlaklarım olmasın” deyə cavab verir. Bəli, bu cür cavabları eşitdikcə belə bir qənaətə gəlirik ki, aylıq əmək haqqı təqribən 450-500 manat civarında olan Mövlud Qəhrəmanov, bu gün rayonun ən imkanlı oliqarx-məmurlarındandır. Bəzi media qurumlarının açıqlamalarına görə, təkcə 2018-ci ildə Zaqatala şəhərinə asfalt örtüyü vurulması üçün büdcədən 11.000.000 (on bir milion) manat vəsait ayrılsa da, son anda həmin məbləğin təyinatı üzrə xərclənmədiyi iddia olunur. Söylənilənlərə görə, Mövlud Qəhrəmanov daha çox maxinasiyarı, məhz rayona bitişik kənd yollarının təmiri və yaxud da yeni yol çəkilişləri zamanı həyata keçirtdirir. Yəni, bu ad altında böyük məbləğdə vəsaitlər silinir. Hətta, o da iddia olunur ki, kəndarası yollara asfalt örtüyü vurulan zaman sakinlərdən hansı yol istismarı idarəsinin əməkdaşlarına “görüm-baxım edirsə”, o halda həmin sakinin “bəxti gül açır”. Belə ki, həmin sakin atdığı addımının qarşılığında büdcə vəsaiti hesabına əldə olunmuş asfaltı həyət-baxcasına da döşətdirə bilir. Hərçənd, belə maxinasiyalar haqda məlumatlı olan Mövlud Qəhrəmanov, hər zaman ona “uğur gətirən” işçisinin qarşısında “yaşıl işıq” yandırır.

P.S. Hörmətli çoxsaylı oxucular! Yaxın günlərdə Zaqatala rayon 17 nömrəli yol istismarı idarəsinin rəisi Mövlud Qəhrəmanovun “yanacaq əməliyyatları”ndan, rəhbərlik etdiyi qurumdakı “ölü canlar”ın varlığından və digər maxinasiyalarından bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan

1 2
Önceki Sonraki
Yukarı
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az