• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 14-11-2026 Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
  • 14-11-2026 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
  • 14-11-2026 Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
  • 14-11-2026 Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
  • 14-11-2026 Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
  • 14-11-2026 Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - FOTO
  • 14-11-2026 Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
  • 14-11-2026 ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
  • 14-11-2026 Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
  • 14-11-2026 Özcan Deniz Park Cinemaya gəlir!
  • 13-11-2026 Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
  • 13-11-2026 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
  • 13-11-2026 Biləcəridə Şeyxin obyektinə görə sakinlərin narazılığı davam edir – VİDEO
  • 13-11-2026 “Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
  • 13-11-2026 Bakı-London münasibətlərində TARİXİ DÖNÜŞ – Əliyev Britaniya ilə strateji tərəfdaşlığa imza atdı! - FOTO
  • 13-11-2026 Müharibə ilə bağlı son dəqiqə addımı – Putin razılaşdı, Zelenski təsdiqlədi!
  • 13-11-2026 Tramp İranla bağlı son vəziyyəti AÇIQLADI - FOTO
  • 13-11-2026 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
  • 13-11-2026 “Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
  • 13-11-2026 Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

XƏBƏRLƏR

    Sneyder bu kluba baş məşqçi təyin olundu
    “Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
    Bakıya nə zaman qar yağacaq? - açıqlama
    Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
    İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Dünən, 18:06

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər


Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?

Mövzu ilə bağlı əmlak eksperti Şahin İbadoğlu Trend-ə açıqlamasında bildirib ki, sənədsiz yaşayış evlərinin kommunal xidmətlərə qoşulması məsələsində tikilinin hüquqi statusu və mövcud sənədləri əsas rol oynayır.

Onun sözlərinə görə, yaşayış evinin çıxarışının, yəni kupçasının olmaması bütün hallarda həmin evin kommunal xidmətlərə qoşulmasının mümkünsüzlüyü demək deyil:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq edilmiş 'Qaz təchizatı sisteminə dair Qaydalar'ın 53.2.4-cü yarımbəndinə əsasən, qaz şəbəkəsinə qoşulma zamanı yalnız tikilinin çıxarışı deyil, tikinti obyektinə və ya onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu, yaxud digər əşya hüququnu təsdiq edən sənədlər də nəzərə alınır. Vətəndaşın yaşayış evinə çıxarışı olmasa belə, tikilinin özünə və ya yerləşdiyi torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə cavab verən hüquqmüəyyənedici sənədləri varsa, qaz təchizatı şəbəkəsinə qoşulmaq üçün müraciət edə bilər".

Ekspert qeyd edib ki, həmin Qaydaların 54-cü hissəsində ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə yerləşən tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması proseduru da müəyyənləşdirilib. Bu zaman müvafiq sənədlər təqdim edilməli, texniki şərtlər alınmalı, qaz təchizatı layihəsi hazırlanmalı və təhlükəsizlik tələblərinə əməl olunmalıdır.

Ş.İbadoğlu vurğulayıb ki, bu müddəalar heç bir hüquqi əsası olmayan tikililərin avtomatik qazlaşdırılması demək deyil:

"Xüsusilə mühafizə zonalarında, kommunikasiya xətlərinin üzərində və tikinti aparılması qadağan edilən ərazilərdə yerləşən evlərə münasibətdə qanunvericiliyin məhdudiyyətləri nəzərə alınmalıdır. Eyni zamanda, kommunal xidmətlərdən istifadə tikiliyə mülkiyyət hüququ yaratmır və onun qanuniləşdirilməsi kimi qiymətləndirilə bilməz".

Onun fikrincə, əsas yanaşma sənədsiz evləri ümumilikdə qanunsuz hesab etmək deyil, hər bir tikilinin hüquqi vəziyyətini fərdi qaydada araşdırmaq olmalıdır.

"Vətəndaşın torpaq sahəsi və ya tikili üzərində qanuni hüquqları mövcuddursa və texniki təhlükəsizlik tələbləri təmin edilirsə, kommunal xidmətlərə qoşulma məsələsinə qanunvericilik çərçivəsində baxılması mümkündür", - deyə ekspert əlavə edib.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az