• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-11-2026 Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - VİDEO
  • 15-11-2026 Milli Qəhrəman vəfat etdi
  • 15-11-2026 ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
  • 15-11-2026 Zülalla ən zəngin çərəz
  • 15-11-2026 Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
  • 15-11-2026 İRAN HƏR AN VURULA BİLƏR! – ABŞ VƏ İSRAİL MÜHARİBƏYƏ HAZIRDIR, TEHRAN SON DÖYÜŞƏ HAZIRLIQ GÖRÜR
  • 15-11-2026 Zəngəzurda böyük dəyişiklik – Rusiya sərhədçiləri Araz boyu çıxarılır
  • 15-11-2026 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
  • 15-11-2026 Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
  • 15-11-2026 “Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
  • 15-11-2026 Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
  • 15-11-2026 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
  • 15-11-2026 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
  • 15-11-2026 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • 14-11-2026 Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
  • 14-11-2026 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
  • 14-11-2026 Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
  • 14-11-2026 Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
  • 14-11-2026 Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
  • 14-11-2026 Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - FOTO

XƏBƏRLƏR

    Zülalla ən zəngin çərəz
    “Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
    Sneyder bu kluba baş məşqçi təyin olundu
    “Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
    Bakıya nə zaman qar yağacaq? - açıqlama
    Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
    İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Dünən, 07:55

Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI

Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI


Yola saldığımız həftə həm də Milli Məclisdə deputat Naqif Həmzəyev Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında şok çıxış etməsi ilə də yadda qaldı.

"DİA-AZ" xatırladır ki, o, orta məktəblərin bufetlərindəki qidalardan başlayaraq, daha sonra deputatı olduğu Gəncənin problemlərini qabardıb.

Deputat 1960-70-80-ci illərdə tikilmiş binaların baxımsızlığına diqqəti çəkib. O, birbaşa ad çəkməsə də, Gəncəni nəzərdə tutduğu gün kimi aydın olan çıxışında bildirib ki, şəhərin mərkəzi yollarındakı binaların yola baxan tərəfinə "əl" gəzdirilsə də, arxa tərəfləri bərbad gündədir:

"Bu binaların çox təəssüflər olsun ki, təmir və bərpa məsələsi ilə bağlı hər ötən il deyilir ki, növbəti il həll olunacaq. Bəzən şəhər və yaxud rayon öz daxili vəsaiti hesabına nələrsə edir, daha çox açıq deyim, prospektlərin görünən hissəsində təmir işləri aparırlar. O həyətdə, məhlə hissəsində isə bu binalar ümumiyyətlə təmir edilmir. Yaxud dam örtüyü düzəldilir, onun giriş hissəsi, lift və yaxud digər məsələlər düzəlmir və elə binalar var ki, o pilləkənlər hər an uça bilər. Mən bu haqda hökumətə də rəsmi müraciət etmişəm. Bəzi evlər var ki, medianı da ümumiyyətlə çəkməyə, işıqlandırmağa qoymurlar. Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist ümumiyyətlə, bəlkə də, işdən çıxarılır və yaxud müəyyən təqiblərə məruz qalır. Yəni bu, yaxşı hal deyil. Bu problemi gizlətməklə biz heç nə əldə etmirik. Bakıda rahatdır, hər şey həll olunur. Regionlarda ancaq inanın ki, hamı bir nəfərdən, iki nəfərdən qorxur və heç kim də dilə gətirə bilmir.

Üçüncü məsələ, 2011-ci ildən başlayaraq Gəncə sakinlərinə biz həmişə bir cavab veririk: kanalizasiya layihəsi yekunlaşan kimi bu yola asfalt çəkiləcək. Artıq 2026-cı ildir. Hələ də asfalt üzü görməyən yollar qalır və mən belə başa düşürəm, yaxın 5-6 ildə də qalacaq. Çünki elə yerlər var ki, orada kanalizasiya hələ də çəkiləsi deyil.

Yəni vətəndaşlar mənə irad tuturlar ki, bəlkə də, bu asfalt üçün vəsait ayrılıb və başqa yerə xərclənib. Mən heç nəyə cavab verə bilmirəm. Açıq deyim, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur. Hökumət nümayəndələri rayonlara, şəhərlərə gedəndə icra başçısının və yaxud o rəsmi şəxsin təqdim etdiyi marşrutdan kənara çıxaraq vətəndaşlarla görüşə getməlidir. Belə olacağı təqdirdə hökumət üzvləri görəcək ki, o yollar niyə düzəlmir və yaxud problemlər nə dərəcədə qabarıqdır. Şəhər və rayon rəhbərliyi hökumətdən də gizlədir.

Mən bəlkə də, emosional çıxış etdim, ancaq inanın ki, seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığın ərazidə və ya bir yerdə böyüdüyümüz o qonşuların qarşısına çıxmaq olmur. Yəni deyirlər ki, sən vəzifə tutursan, sən yaxşı dolanırsan, bəs bizi niyə düşünmürsən?"

Göründüyü kimi, deputat çox sərrast şəkildə bir müddətdir aralarında problem yaşadığı Gəncənin İcra başçısı Niyazı Bayramovu da hədəfə gətirib.

Mia.az-ı məlumatlandıran mənbənin məlumatına görə, icra başçısı ilə deputat arasında sərin münasibətlər var: "Hətta bir ara iş o yerə çatmışdı ki, İcra Hakimiyyəti deputatı şəhər rəhbərliyi haqqında saytlarda tənqidi yazı yazdırmaqda ittiham da edib. Deputat o vaxt Gəncədən sistematik yazan saytlarla hər hansı bir "bağı"nın olmaması barədə Facebook-dakı profilində açıqlama yaymağa da məcbur qalmışdı. Sizcə, bu, təsadüf idimi? Uzun illər Gəncənin ictimai həyatında hakim partiyanın təmsilçisi olan deputat Naqif Həmzəyev o açıqlamanı boşuna verməmişdi...

Digər bir məsələ isə Niyazi Bayramovun deputatı şəhərlə bağlı tədbir və iclaslara dəvət etməməsi də diqqətdən yayınmır. Siz google-də axtarış verin, görün deputatla icra başçısının birgə neçə şəkili qarşısınıza çıxacaq?

Elə buradan da bir daha aydın olur ki, onların münasibətləri "hamar" deyil.

İndisə günün sualı budur: hələ YAP-dan da əvvəl siyasi səhnədə yer alan və üstəlik, ölkədəki real durumu deputat həmkarlarından çoxundan çox yaxı bilən Naqif Həmzəyev birdən-birə niyə cəsarətləndi? Bax, əsas məsələ burada gizlənib. Görünür, ya Gəncənin icra başçısı Niyazı Bayramov artıq yol üstədir, ya da deputatı onun üzərinə "yeriməyə" cəsarətləndirən qrup var..."

"DİA-AZ" xatırladır ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov üzərinə yönələn ittihamları öz "arşınıyla" - daha dəqiqi, "qızım sənə deyir, gəlinim sən eşit" taktikasıyla "zərərsizləşdirməyə" çalışıb.

İcra başçısı deputatın ittihamlarını öz aləmində yalan çıxarmaq üçün TV-lərin şəhərdə fəaliyyət göstərən əməkdaşları ilə tələm-tələsik Gəncə Biznes Mərkəzində bir araya gəlib.

Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.

Çay süfrəsi ətrafında davam edən görüşdə şəhər rəhbəri media nümayəndələri ilə fikir mübadiləsi aparıb, onların təklif və müraciətlərini dinləyib.

Şəhər rəhbərliyinin "reklam müqaviləsi" bağladıqları saytlarda yaydırdıqları xəbərə görə, icra başçısı o təbdirdə Gəncədə genişmiqyaslı abadlıq və quruculuq işlərindən, şəhərin infrastrukturun yenilənməsi istiqamətində mühüm layihələrdən söz açıb.

O sanki Naqif Həmzəeyvin ittihamlarına cavab verirmiş kimi, əlavə edib ki, bir sıra küçə və prospektlərdə, eləcə də məhəllələrdə əsaslı təmir-bərpa işləri görülür, yolların və digər kommunal infrastrukturun yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir:

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az