• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 14-11-2026 Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
  • 14-11-2026 Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
  • 14-11-2026 Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
  • 14-11-2026 Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
  • 14-11-2026 Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
  • 14-11-2026 Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - FOTO
  • 14-11-2026 Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
  • 14-11-2026 ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
  • 14-11-2026 Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
  • 14-11-2026 Özcan Deniz Park Cinemaya gəlir!
  • 13-11-2026 Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
  • 13-11-2026 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
  • 13-11-2026 Biləcəridə Şeyxin obyektinə görə sakinlərin narazılığı davam edir – VİDEO
  • 13-11-2026 “Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
  • 13-11-2026 Bakı-London münasibətlərində TARİXİ DÖNÜŞ – Əliyev Britaniya ilə strateji tərəfdaşlığa imza atdı! - FOTO
  • 13-11-2026 Müharibə ilə bağlı son dəqiqə addımı – Putin razılaşdı, Zelenski təsdiqlədi!
  • 13-11-2026 Tramp İranla bağlı son vəziyyəti AÇIQLADI - FOTO
  • 13-11-2026 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
  • 13-11-2026 “Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
  • 13-11-2026 Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

XƏBƏRLƏR

    Sneyder bu kluba baş məşqçi təyin olundu
    “Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
    Bakıya nə zaman qar yağacaq? - açıqlama
    Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
    İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Dünən, 08:00

Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - FOTO

Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - FOTO


Laçın şəhərində yerləşən LaCinema kinoteatrında "Laçından keçən ulduzlar" adlı yeni mədəniyyət layihəsinin ilk tədbiri keçirilib.

Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin və incəsənətinin görkəmli nümayəndələrini Laçına dəvət etmək, onları şəhər sakinləri ilə görüşdürmək, sənət və sənətkar haqqında canlı söhbətlərə, fikir mübadiləsinə şərait yaratmaqdır.

Silsilə xarakteri daşıyan layihə çərçivəsində Azərbaycan kinosunun, musiqisinin, teatrının, ədəbiyyatının, təsviri sənətinin və digər yaradıcılıq sahələrinin tanınmış nümayəndələri Laçının qonağı olacaq, öz yaradıcılıq yolları, sənət təcrübələri və həyat hekayələrini şəhər sakinləri ilə bölüşəcəklər.

Layihənin ilk görüşü Azərbaycan kinosunun görkəmli nümayəndələrinə həsr olunub. Tədbirin fəxri qonaqları milli kinomuzun parlaq simaları, kino tariximizin canlı şahidləri - Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və Xalq artisti Fəxrəddin Manafov olublar.

Tədbirin moderatoru kinotənqidçi Sevda Sultanova olub.

Görüş zamanı sənətkarlar öz yaradıcılıq yollarından, Azərbaycan kinosunun zəngin tarixindən, unudulmaz ekran əsərlərindən, aktyor sənətinin məsuliyyətindən və müasir kino prosesindən danışıblar. Laçın sakinləri böyük sənətkarlarla birbaşa ünsiyyət qurmaq, onları yaxından tanımaq və suallarını ünvanlamaq imkanı əldə ediblər.

Görüş çərçivəsində Şəfiqə Məmmədova və Fəxrəddin Manafovun həyat və yaradıcılığına həsr olunmuş xüsusi hazırlanmış videoçarx da nümayiş etdirilib. Videoçarxda sənətkarların bioqrafiyası, zəngin yaradıcılıq yolu, filmoqrafiyası və Azərbaycan kinosuna bəxş etdikləri ekran obrazları öz əksini tapıb.

Tədbirin musiqi proqramı da xüsusi maraq doğurub. Pianoçu Şahin Yəhyazadə sənətkarların çəkildikləri filmlərdən seçilmiş musiqi əsərlərini ifa edib. Musiqi nömrələri görüşə xüsusi bədii ovqat və emosional çalar qatıb.

Tədbir çərçivəsində qonaqlar Bakı Abadlıq Xidməti tərəfindən yaradılmış "HoçazFilm" kinostudiyasının maddi-texniki bazası ilə də tanış olublar. Kinostudiyanın texniki və yaradıcı imkanları, burada həyata keçirilməsi nəzərdə tutulan yeni film layihələri, eləcə də Laçının kino məkanına çevrilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, Laçın Beynəlxalq Film Festivalının gələcək inkişaf perspektivləri, festivalın Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə tərəfdaşlıq imkanları və milli kino sənayesinin Laçında təşviqi məsələləri müzakirə olunub. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Laçının ölkənin və beynəlxalq kino məkanının mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

"Laçından keçən ulduzlar" yalnız tanınmış sənət adamları ilə görüşləri əhatə edən layihə deyil. Bu təşəbbüs Laçının mədəni həyatına yeni nəfəs gətirməyi, şəhərin ictimai-mədəni mühitini zənginləşdirməyi, sənətin müxtəlif nəsillər arasında yaratdığı mənəvi körpünü daha da möhkəmləndirməyi hədəfləyir.

Qeyd edək ki, tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və "HoçazFilm"in birgə təşkilatçılığı ilə baş tutub.

Yüksək təşkilatçılıq səviyyəsi, zəngin bədii proqramı və səmimi atmosferi ilə yadda qalan görüş Laçının mədəni həyatında əlamətdar hadisələrdən biri olub.













Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az