Azərbaycan Ordusunun Ermənistan istiqamətinə atəş açması yalandır - MN
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.
Bu barədə milli.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanıb.