• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 26-11-2026 Regionlar işsiz, Bakı yüklənir – 84 faizlik statistika nəyi göstərir?
  • 26-11-2026 Tehran Bakı ilə danışıq aparır – Mühüm MÖVZU
  • 26-11-2026 Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
  • 26-11-2026 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
  • 26-11-2026 Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
  • 26-11-2026 Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
  • 26-11-2026 Bu gün Qəbələdə qaz olmayacaq - XƏBƏRDARLIQ
  • 26-11-2026 Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
  • 26-11-2026 Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama
  • 26-11-2026 İsmayıllıda traktor iki hissəyə parçalandı, 4 yaralı var
  • 26-11-2026 Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
  • 26-11-2026 "Qızım məktəbi qızıl medalla bitirib, universitetə qəbul olub" - Manana Çaparidze
  • 26-11-2026 Azərbaycanda 1 milyondan çox insanın pensiyası artacaq - Rəsmi
  • 26-11-2026 Murad Süleymanov vəzifəsindən azad edildi
  • 26-11-2026 “Tağıyev: Məktəb” filmi “Oskar”a daha bir addım yaxınlaşdı
  • 26-11-2026 Noyabr ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb
  • 26-11-2026 Küləklə bağlı xəbərdarlıq
  • 25-11-2026 Ramin Quluzadəyə ağır itki
  • 25-11-2026 Sərdar Hacıyev “BAYRAMLI GROUP”- dan aldığı diaqnostikumları başqa hansı məqsədləri üçün istifadə edir - İLGİNC İDDİALAR
  • 25-11-2026 Qubada vətəndaşı düşünən yoxdur... - FOTOFAKT

XƏBƏRLƏR

    Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
    Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
    Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
    Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
    UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
    Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
    “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
    Premyer Liqada yeni tamaşaçı rekordu
    "Barselona" "Vilyarreal"ı məğlub edib
    Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
Bu gün, 08:47

Tehran Bakı ilə danışıq aparır – Mühüm MÖVZU

Tehran Bakı ilə danışıq aparır – Mühüm MÖVZU


İran Azərbaycanla qaz tranziti sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Tehran Xəzər dənizindəki neft yataqlarının işlənməsi ilə bağlı danışıqları da irəli aparır. İran rəsmisinin açıqlaması iki ölkə arasında enerji əməkdaşlığının hansı istiqamətlərdə inkişaf edə biləcəyi məsələsini yenidən gündəmə gətirib.

İranın neft naziri vəzifəsini icra edən Həmid Bordeh “Tasnim” xəbər agentliyinə müsahibəsində Azərbaycanla qaz tranziti sahəsində əməkdaşlıq barədə danışıb. “Xəzər dənizindəki neft yataqlarının işlənməsi ilə bağlı danışıqları irəli aparırıq və Azərbaycan kimi ölkələrlə qaz tranziti ilə bağlı əməkdaşlıq edirik”, – deyə o bildirib.

Bordehin sözlərinə görə, İran Neft Nazirliyinin əsas diqqəti istehsalın artırılmasına və ixracın sabitləşdirilməsinə yönəlib. Tehran, eyni zamanda, “Cənubi Pars” qaz yatağında zədələnmiş istehsal gücünün bərpası istiqamətində iş aparır. İran tərəfi qalan istehsal gücünü mümkün qədər qısa müddətdə yenidən işə salmağı planlaşdırır. Rəsmi əlavə edib ki, istehsalın tam bərpası üçün müəssisələrin sabit fəaliyyəti ilə yanaşı, əhali tərəfindən qaz istehlakının da səmərəli tənzimlənməsi vacibdir.

Bəs İranın Azərbaycanla qaz tranziti üzrə əməkdaşlıqla bağlı açıqlamasının arxasında konkret nə dayanır? Hazırda iki ölkə arasında enerji sahəsində əməkdaşlıq hansı səviyyədədir?



İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında enerji əməkdaşlığının iki əsas istiqaməti var.

Onun sözlərinə görə, bunlardan birincisi Naxçıvanın enerji təminatı ilə bağlıdır:

“İranla Azərbaycan arasında iki istiqamətdə enerji əməkdaşlığı var. Birincisi, Naxçıvanın təminatı üçün enerji mübadiləsidir. Uzun illərdir Azərbaycanla İran arasında bu sahədə müqavilələr imzalanıb. Biz İranla bu istiqamətdə əməkdaşlıq edirik, çünki Naxçıvanın enerji təminatında alternativlər çox azdır. Ya Türkiyə, ya da İran üzərindən təchizat mümkündür. İranla bu barədə danışıqlar və əməkdaşlıq uzun illərdir davam edir”.

Natiq Cəfərli ikinci istiqamətin Türkmənistan qazının İran ərazisindən keçməklə Azərbaycana çatdırılması olduğunu vurğulayıb. İqtisadçının fikrincə, burada söhbət revers mexanizmi və tranzit imkanlarından gedir: “Digər istiqamət isə revers üsulu ilə Türkmənistan qazının İran üzərindən Azərbaycana çatdırılması məsələsidir. Bununla bağlı da uzun müddətdir danışıqlar aparılır və müəyyən formada əməkdaşlıq istiqamətləri nəzərdə tutulub”.

Ekspert hesab edir ki, hazırkı mərhələdə İran rəsmisinin açıqlamasını məhz bu iki istiqamət çərçivəsində qiymətləndirmək olar. Onun sözlərinə görə, Azərbaycan ərazisindən qazın hansı istiqamətə tranzit ediləcəyi məsələsi dəqiqləşmədən daha geniş layihələr barədə danışmaq çətindir. “Yəni hələlik söhbət bu iki layihədən gedə bilər. Azərbaycan üzərindən tranzitlə qazın hara çatdırılmasını istəyirlər – Rusiyaya, yoxsa başqa istiqamətə? Ona görə də tranzit məsələsi əsasən iki istiqamətdə ola bilər: Naxçıvan məsələsində əməkdaşlığın genişləndirilməsi, bir də Türkmənistan istiqamətində revers müqavilələrinin və tranzit keçidlərinin intensivləşdirilməsi”, – deyə Natiq Cəfərli əlavə edib.

Şahanə Rəhimli,
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az