
Moskva Zəngəzur dəhlizinin reallaşdırılması zamanı Rusiya və İranın maraqlarının nəzərə alınmasını prinsipial əhəmiyyətli məsələ hesab edir.
Nyus.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, əks halda bu nəqliyyat-logistika təşəbbüsü uğursuzluğa məhkumdur.
Zaxarova Zəngəzur dəhlizinin Cənubi Qafqazda yeni ayırıcı xətlər yaratmamalı olduğunu vurğulayıb.
O, Ermənistan-ABŞ təşəbbüsü ilə bağlı hələlik cavablardan daha çox sualların olduğunu bildirib.
Diplomatın sözlərinə görə, indiyədək layihənin hədəf göstəriciləri, tikintinin parametrləri və müddəti, müvafiq infrastrukturdan istifadə şərtləri, eləcə də yükdaşımaların perspektivləri açıqlanmayıb.(Musavat.com)
Nyus.Az

























