• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-08-2026 ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
  • 29-08-2026 Ayın 30-da yağış yağacaq - Proqnoz
  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO
  • 29-08-2026 Avropa Liqasında püşk atıldı
  • 29-08-2026 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
  • 29-08-2026 Yavər Abbasova vəzifə verildi
  • 29-08-2026 Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
  • 29-08-2026 Netanyahunu cəhənnəmə göndərəcəyik”
  • 29-08-2026 Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO

XƏBƏRLƏR

    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
24-10-2022, 08:25

Mərifət əhlinin ibadəti necə olur?

Mərifət əhlinin ibadəti necə olur?


Quran təlimlərinə və hədislərə əsasən, ibadət üç mərhələdən ibarətdir. Birinci mərhələ ibadətin müqəddiməsidir ki, ibadətdən əvvəl yerinə yetirilir. İkinci mərhələ isə ibadətdir. Üçüncü mərhələ isə ibadətin təqibatlarıdır ki, ibadətdən sonra yerinə yetirilər.

Xüsusi insanların ibadəti adi insanların ibadətindən bu mərhələlərə riayət etmək və ibadətin zahirinin və batininin düzgün yerinə yetirilməsi ilə fərqlənir.

Yəni, xüsusi insanların ibadəti müqəddiməsiz olmaz. Bu insanlar kamil hazırlıqla ibadətə başlayarlar. İbadətin özünü də qəlb hüzuru və xüsusi diqqətlə yerinə yetirirlər.

Bu ibadət sırf Allah üçün olmalıdır. İbadətdən sonra isə onun təqiblərini yerinə yetirərlər. Bu ibadətlərin dəyərini zəiflədə bilən əməlləri tərk edərlər.

Misal üçün, xüsusi insanların namazı əvvəl vaxtda, məsciddə və camaatla bir yerdə qılınar. Namazda qəlb hüzuru olar, Allahdan başqa heç bir şeyə və heç bir kəsə diqqət etməzlər. Namazdan sonra isə onun təqiblərini edərlər.

Məsələn Həzrət Zəhranın (s.ə) təsbihi kimi. Xüsusi insanlar üçün nafilə namazlarının xüsusi əhəmiyyəti vardır. Müstəhəb namazları tərk etmək onları qəmgin və pərişan edər. Allahla feyz rabitəsini əldən verdikləri üçün tövbə edərlər.

Mərhum Ayətullah Mirzə Əli Şirazi İsfəhanı görkəmli alimlərindən idi. O zaman ki, İsfahandan Quma gedir, bir gecə alimlərin bir çoxu onu görmək üçün gəlirlər.

Söhbətləri çox uzanır. Ona görə də alim hər gecə olduğundan daha gec istirahət üçün çəkilə bilir. O gecə namazını tərk etməli olur. Alim sübh azanı ayağa qalxır və övladını əldən vermiş bir insan kimi ağlamağa və nalə çəkməyə başlayır.

Deyir: "Mən 16 yaşımdan bəri gecə namazını tərk etməmişəm. Bəlkə də o gecə bu namazı ona görə qılmamışam ki, yersiz sözlər eşitmişdim".

Hədislərdə də oxuyuruq ki, bu cür işlər insanı gecə namazından məhrum edə bilər.

Bəli, mərifət əhli öz ibadətlərinə belə diqqət edərlər. Əgər onu yerinə yetirmək tofiqini əldən versələr, Allah Təalaya tövbə edərlər.

İbadətin zahirinə diqqət etmək, ibadətlərin şərtlərini düzgün yerinə yetirmək - ümumi möminlərin işidir. Ancaq xüsusi iman əhli zahiri ilə yanaşı, namazın batininə də diqqət edər, ibadətin qəbul olma şəraitini düşünərlər.

Çünki ibadətin ancaq zahirinə diqqət etmək - sadəcə onun vacib tərəfini yerinə yetirməkdir. İnsanı mənəvi mərhələyə və ruhi kamala çatdırmaz.

İnsanın namazı və başqa ibadətləri onu kamala çatdırmalıdır. Həqiqi iman sahibi behiştdən əvvəl necə mənəvi məqama çatmağını düşünər. Ona görə də bu insanlar üçün namazda xata etmək və xəyala qapılmaq günahdır və bu günaha görə tövbə edərlər.

Bu məsələ həcc və ümrə səfərinə də aiddir. İnsan bu səfərə ruhani cəhətdən hazır olmalıdır. Bu ibadəti də kamil şəkildə yerinə yetirmək üçün onun müqəddimələrini və təqiblərinə ehtiyac duyar. Həcc və ümrə ibadəti də gərək qəlb hüzuru ilə yerinə yetirilsin.

İnsanların bir çoxunun problemi bundadır ki, öz vəzifələrini yanlış müəyyən edərlər. İbadətin İlahi hədəfinə diqqət etməzlər. İnsanların bəziləri ancaq gəzmək və səfərə çıxmaq üçün həcc və ya ümrəyə gedərlər. Bu da onların ibadətlərinin dəyərini azaldar. Bu cür ibadətlərin lazımlı mənəvi dəyəri olmaz.

Camaat namazından məhrum olmaq, namazı əvvəl vaxta qılmamaq, həcc və ümrənin qəbul olmaması - insanın Allahdan qafil olmasına görədir. Bütün bu deyilənlər xüsusi insanlar üçün günah hesab edilir və ona görə tövbə edərlər.

Mərhum Şəhid Sani ixlasla bağlı bir hədis nəql edir: "Qiyamət günü bir bəndəni gətirəcəklər və ondan soruşacaqlar ki, dünyada hansı işləri görmüşdür.

O, deyər: "Mən Allah rizası üçün cihad etmişəm".

Ona deyərlər ki, belə deyildir. Sən ona görə cihad etmisən ki, başqası desin ki, gör nə qədər şücaətlidir. Sonra əmr olunur ki, onu cəhənnəmə atsınlar.

Sonra bir alim gətirərlər ki, bir ömür İmam Baqir (ə), İmam Sadiq (ə) deyərək keçirir. Ondan soruşurlar ki, sən nə etmisən?

Cavab verir: "Mən elm öyrənib onu öyrədirdim".

Ona deyilər ki, sən yalan deyirsən. Sən ona görə elmin dalınca idin ki, səni böyük sansınlar. Xitab olar ki, onu da cəhənnəmə atın.

Ondan sonra bir kişi gətirirlər ki, Quran qarisi olar. Ondan soruşurlar ki, sən nə etmisən? Deyir ki, Allah üçün Quran oxumuşam.

Ona deyərlər ki, sən ona görə Quran oxumusan ki, sənə Quran qarisi desinlər. Çünki Quran oxumaq üçün yaxşı səsin var idi.

Ona görə də yenə əmr olunar ki, onu da atəşə atsınlar".

İbadətlərimizə diqqət edək və onu üç mərhələyə bölərək, yerinə yetirək. İxlaslı olmağa çalışaq.

Nyus.Az




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az