Kərim Vəliyev Şoyqu ilə bölgədəki vəziyyəti müzakirə edib
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev arasında telefon danışığı baş tutub.
Bu barədə milli.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Tərəflər bölgədəki mövcud vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.