Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub.
Milli.Az bildirir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bunu ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, tərəflər sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəliblər.
"Qərara beynəlxalq ictimaiyyətin iştirakı sayəsində nail olduq", - A.Qriqoryan söyləyib.
Nyus.Az