• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-08-2026 ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
  • 29-08-2026 Ayın 30-da yağış yağacaq - Proqnoz
  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO
  • 29-08-2026 Avropa Liqasında püşk atıldı
  • 29-08-2026 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
  • 29-08-2026 Yavər Abbasova vəzifə verildi
  • 29-08-2026 Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
  • 29-08-2026 Netanyahunu cəhənnəmə göndərəcəyik”
  • 29-08-2026 Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO

XƏBƏRLƏR

    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
27-08-2022, 10:44

Jurnalistika üzrə magistr təhsili - Jurnalistikamıza nə verəcək?

Jurnalistika üzrə magistr təhsili - Jurnalistikamıza nə verəcək?


“Azərbaycanda jurnalistika ixtisası üzrə magistr təhsili almaq mümkün olacaq”.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qeyd olunub ki, hazırda ölkədə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində jurnalistika ixtisaslaşmasının açılmasına ehtiyac duyulur. Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına “Jurnalistika” ixtisaslaşması əlavə edilib.
Beləliklə, magistraturada jurnalistika üzrə ixtisasların sayı 9-a çatıb. Bura Radiotelejurnalistika, Beynəlxalq jurnalistika, Mətbuat tarixi, Jurnalistika nəzəriyyəsi, Publisistik jurnalistika, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, İdman jurnalistikası və yeni yaradılan Jurnalistika ixtisasları daxildir.
Magistraturada “Jurnalistika” üzrə ixtisasların sayının artması, ümumiyyətlə, jurnalistika üzrə magistr təhsili milli mətbuatımıza nə verəcək? Gözlənti nədir? Qardaş Türkiyənin, dünyanın təcrübəsi nə deyir?
Qulu Məhərrəmli: “Jurnalistika təhsilinin səviyyəsini yüksəltməyə ehtiyac var”
Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında magistrtura üzrə jurnalist ixtisasının açılmasını müsbət hadisə hesab etdiyini söylədi:

“Çünki buna qədər də jurnalistikanın müxtəlif sahələrini əhatə edən ixtisaslar vardı. Magistrlər bu ixtisas üzrə təhsil alırlar, dissertasiya müdafiə edirlər və mütəxəssisə çevrilirlər. İndi jurnalist ixtisası da bunlara əlavə olunur. Bu müsbət addımdır. Amma bununla bağlı demək ki, ölkədə jurnalistlərə olan ehtiyacı ödəyəcəyik, məncə bu şişirdilmiş, mübaliğəli yanaşmadır. Niyə? Çünki ölkədə jurnalist ixtisasına olan tələbatı ödəmək üçün vaxtilə çox yanlış atılmış bir addım var, onu aradan qaldırmaq lazımdır. Təqribən 2012-ci ildən bütün özəl ali məktəblərdə jurnalistika fakültələri bağlandı. Hesab edirəm ki, o çox zərərli, mətbuata ziyan vuran, onun kadr bazasını zəiflədən çox yanlış addım idi. İndi magistraturada yaxşıdır, 5-10 nəfər təhsil ala bilir. Amma bakalavr üzrə ”Jurnalist" ixtisasının açılmağı çox böyük addımdır.
Bütün hallarda media sahəsində mütəxəssislərə olan tələbatı artırmaq, bu sahədə pedaqoji kadrlar yetişdirmək, elmi-tədqiqat işlərinin səviyyəsini qaldırmaq, dünya standartları səviyyəsinə çatdırmaq üçün bu addımların çox önəmi var. Dünya təcrübəsinə nəzər salsaq, misal üçün, Türkiyə ilə müqayisə etsək, orada magistr təhsilinin səviyyəsi çox yüksəkdir. Bizim bir çox tələbələrimiz orada bakalavr təhsilini bitirəndən sonra həmin ali məktəblərdə təhsil alır və çox yaxşıdır ki, onların bir çoxu bizimlə çiyin-çiyinə Jurnalistika fakültəsində çalışırlar, müəllimlik edirlər. Amma ümumiyyətlə, jurnalistika təhsilinin səviyyəsini yüksəltməyə, onun maddi texniki bazasını daha da yaxşılaşdırmağa ehtiyac var. Bununla bağlı bir çox ali məktəblərdə, o cümlədən Bakı Dövlət Universitetində ciddi addımlar atılıb. Burada studiya, qəzet laboratoriyası, elmi-tədqiqat laboratoriyalarının işini səmərəli qurmaq üçün müəyyən addımlar atılır. Hesab edirik ki, bunların hamısı müsbət nəticə verəcək".
Vüqar Zifəroğlu: “Fərqli ixtisas sahibləri olan həmkarlarımız üçün gözəl imkandır”
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da mövzu ilə bağlı fikirlərini açıqladı:

“Yeni yaradılmış ”Jurnalistika" ixtisası üzrə magistr ixtisaslaşması bu sahəyə marağı olan, bu sahədə çalışmaq istəyən müxtəlif ixtisas sahiblərinə jurnalistika ilə bağlı nəzəri biliklər əldə etmək və bu sahə üzrə magistr dərəcəsi almaq imkanı yaratmış olacaq. Bu əslində jurnalistika sahəsində çalışan, lakin müəyyən səbəblərdən bu ixtisası bitirməyən, lakin bu ixtisas üzrə təhsil almağı arzulayan fərqli ixtisas sahibləri olan həmkarlarımız üçün də gözəl imkandır. Şübhəsiz ki, belə bir ixtisaslaşmanın yaranması olduqca önəmli hadisədir. Qeyd etmək lazımdır ki, bu tip təhsil proqramları istər qardaş Türkiyədə, istərsə də Qərb ölkələrində tətbiq edilir".

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az