
Xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov sosial şəbəkə hesabında arxiv fotosunu yayımlayıb.
Nyus.Az xəbər verir ki, sənətçinin izləyiciləri ilə bölüşdüyü nadir kadr 1972-ci ildə çəkilib. Foto bəstəkarın tələbəlik dövrünə aiddir.
Eldar Mansurov paylaşımında görüntünün Asəf Zeynallı adına Musiqi Məktəbinin qarşısında, o vaxtkı Qorki küçəsində lentə alındığını bildirib. Həmin vaxt bəstəkar təhsilinin dördüncü kursunda oxuyurmuş.
Arxiv fotosu sənətçinin gənclik illərinə səyahət etməsinə səbəb olub.
Nyus.Az

























