İkinci oyun günündə 3 cavab qarşılaşması keçirilib.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) Xorvatiyada "Budö Qlimt"i sınağa çəkib. 120 dəqiqəlik oyun Zaqreb klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli də onları qrup mərhələsinə yüksəldən qələbədə iştirak edib. O, 60-cı dəqiqədə meydana buraxılıb.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edib. Oyunda qol olmayıb və Trabzon təmsilçisi ÇL-lə vidalaşıb.
Səfərdə PSV-ni 1:0 hesabı ilə məğlub edən "Reyncers" isə qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, qrup mərhələsinin püşkü bu gün atılacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Çempionlar Liqası, Pley-off mərhələsi
Cavab oyunları
24 avqust
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budö Qlimt" (Norveç) - 4:1