• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-08-2026 ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
  • 29-08-2026 Ayın 30-da yağış yağacaq - Proqnoz
  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO
  • 29-08-2026 Avropa Liqasında püşk atıldı
  • 29-08-2026 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
  • 29-08-2026 Yavər Abbasova vəzifə verildi
  • 29-08-2026 Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
  • 29-08-2026 Netanyahunu cəhənnəmə göndərəcəyik”
  • 29-08-2026 Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO

XƏBƏRLƏR

    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
7-08-2022, 19:08

"Kimlik krizislərinin həllində dinin rolu danılmazdır"

"Kimlik krizislərinin həllində dinin rolu danılmazdır"


"Hər bir cəmiyyət müxtəlif inkişaf mərhələlərindən keçir. Azərbaycan cəmiyyəti də müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və s. cəhətlərdən olduğu kimi, kimlik, mentalitet və s. yönlərdən də müəyyən mərhələlərdən keçib və keçməkdədir. Kimliklə bağlı olan mərhələdə bu kimliyin tərkib hissəsi olan dini kimlik məsələsi son dərəcə önəmli məsələdir".

Bunları APA-ya açıqlamasında DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov bildirib.

Direktor qeyd edir ki, hər dəfə din və ya dini mənşəli bir hadisə baş verdikdə, mətbuatda, gündəlik həyatda, sosial şəbəkələrdə dini kimliklə bağlı müzakirə və mübahisələr artır, bunların az hissəsi sağlam və faydalı mübahisə və müzakirələr olsa da, çox hissəsi mövzunun mahiyyətindən uzaq və əsaslandırılmamış olur:

"Din bir reallıqdır. Son iki əsrdə baş verən hadisələr dinin cəmiyyətdəki rolunu zəiflətsə də, o özünü yeniləyərək cəmiyyətdəki aktuallığını qoruyub saxlayır. Bu cəmiyyətdən cəmiyyətə dəyişsə də, hər bir halda din cəmiyyətlərdə həyatın içindədir. Din sosial inteqrasiyaya mane ola bildiyi kimi, sosial inteqrasiyanı təmin də edir. Hətta ikinci yönü birincidən daha çoxdur. Din həm də kimliyin qorunub saxlanmasında mühüm yerə sahibdir. Qlobal dünyada kimlik krizislərinin həllində dinin rolu danılmazdır.

Dünyada olduğu kimi, ölkəmizdə də son iki əsrdə din ona ciddi təsir baxımdan bir çox hadisələrin şahidi olub. Modernləşmə, sosializm, qloballaşma və s. dinin tarixboyu qarşılaşdığı və ciddi təsirləndiyi əsas faktorlardır. Müstəqilliyimizin bərpası ilə dini həyatda da bir çox yeniliklər baş verdi. Qanunvericilikdən dini ibadətgahlara, dini tədrisdən din xadimlərinin maddi təminatına qədər bu sahədə bir çox dəyişikliklər olmuş, din və dövlət, din və cəmiyyət münasibətləri müxtəlif mərhələlərdən keçmişdir.

Dini radikalizm, dini fanatizm məsələlərinə hər zaman iki tərəfdən baxmaq lazımdır. Birincisi radikalizmə, fanatizmə səbəb olan dini səbəblər, ikincisi dindən qaynaqlanmayan, şəxsin ümümdünyagörüşü, şəxsi kimliyi, mentaliteti və s. ilə əlaqəli səbəblər. Uzun illərdir din sahəsində çalışan biri kimi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, dini radikalizm, dini fanatizm və dini ekstremizmin meydana gəlməsində daha çox ikinci səbəblər rol oynayır".

Mehman İsmayılov onu da vurğulayır ki, din mənşəli müzakirə və mübahisələrdə çox vaxt təəssüf ki, daha çox aqressiyanın, radikalizmin, nifrətin və cəhalətin dindarlaşması (become religious) və ya antidindarlaşmasının (become antireligious) şahidi oluruq:

"Din mərkəzli müzakirə və mübahisələr dini mətnlər və ya dini yozumlardan uzaq qalaraq daha çox şəxsi prizmalara söykənir. İndiyə qədər hər hansı bir ilahiyyatçı, dinşünas və din xadiminin Azərbaycanlı müfəssir və Quran tərcüməçisi Mövlazadə Şəkəvinin cəfəri məzhəbinə mənsub olmasına baxmayaraq, "Kitabul-Bəyan" adlı əsərində Əbu Bəkir, Ömər və Osmanın adından sonra hər dəfə "radiyallahu anh-Allah ondan razı olsun" ifadəsinə yer verməsini söylədiyinə bə ya hardasa yazdığına rast gəlməmişəm. Halbuki bu həm ölkədəki dini tolerantlıq, həm də ümümdünya müsəlmanları arasında məzhəb yaxınlaşması baxımından təbliğinə ehtiyac duyulan son dərəcə mühüm məsələdir. Sosial şəbəkələrdəki dini statuslarda Quranın "Fəstəbiqul-xəyrat"-"xeyirli işlərdə bir-birinizlı yarışın" ayəsini heç görmürük. Amma hər il orucluqda ayın görünüb-görünməməsi ilə bağlı yüzlərlə statuslar yazılır".

Antidin mövqeyindən çıxış edənlərə gəldikdə isə Mehman İsmayılov onların bir çoxu da əsaslandırmadan və səthi biliklərdən çıxış etdiyini söyləyir:

"Müasirliyi dini təhqir etmək kimi başa düşmək qeyri-müasir bir baxışdır Dünyagörüşü, bilikləri tənqidə yox təhqirə, tolerantlığa yox fanatizmə çatan insanlar dini müzakirə və mübahisələrə qatılmaqla təhqirin, fanatizmin və s. antidin mövqeyindən çıxış etməsinə səbəb olurlar. Bunlar da öz növbəsində statuslarında şəhidliyi ən uca məqam seçən və Şuşa məscidində yan-yana namaz qılan fərqli əqidəli dindarlarımız barədə heç nə yazmırlar.

İnsan inandığı, öyrəndiyi, bildiyi bir şeyin ən doğrusu olduğunu iddia etməyə meyillidir.

Əlbəttə sorğu-sual, təhlil, analiz, müzakirə və s. inkişafın parametrləridir və bunların cəmiyyətdə yerləşməsi o cəmiyyətin tərəqqisi ilə yaxından əlaqəlidir. Lakin sağlam, əsadlandırılmayan, faydasız fikirlər bu parametrlərin xaricindədir və çox zərərlidir".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az