• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 27-11-2026 Kəlbəcərdə çalışdılar, zəhmətlərinin qarşılığını ala bilmədilər – 22 usta və fəhlənin 59 300 manatlıq əməkhaqqı iddiası - VİDEO
  • 27-11-2026 Gürcüstan DİN açıqlama yaydı: Batumidə 16 nəfər saxlanılıb
  • 27-11-2026 Firuzə Cəlilovanın evində nə baş verib? - DiN-dən açıqlama
  • 27-11-2026 “Dünya TV” cərimələndi
  • 27-11-2026 Moskvadan qəzəbli Zəngəzur açıqlaması – “Uğursuzluğa məhkumdur”
  • 27-11-2026 Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
  • 27-11-2026 Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
  • 27-11-2026 Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb
  • 27-11-2026 TikTok insan beynini öldürür - Tokayev
  • 26-11-2026 Elmira Şabanova dəfn edildi - (Yenilənib)
  • 26-11-2026 “Azərterminalkompleks” Birliyi 13 milyon vergi borcu olan “TVM İNŞAAT” MMC ilə hansı əsaslarla müqavilə bağlayıb - İLGİNC FAKTLAR
  • 26-11-2026 Xətai rayonunda üçmərtəbəli binaya gizli şəkildə daha bir mərtəbə əlavə edilib? – VİDEO
  • 26-11-2026 Regionlar işsiz, Bakı yüklənir – 84 faizlik statistika nəyi göstərir?
  • 26-11-2026 Tehran Bakı ilə danışıq aparır – Mühüm MÖVZU
  • 26-11-2026 Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
  • 26-11-2026 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
  • 26-11-2026 Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
  • 26-11-2026 Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
  • 26-11-2026 Bu gün Qəbələdə qaz olmayacaq - XƏBƏRDARLIQ
  • 26-11-2026 Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu

XƏBƏRLƏR

    Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
    Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
    Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
    Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
    Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
    UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
    Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
    “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
    Premyer Liqada yeni tamaşaçı rekordu
    "Barselona" "Vilyarreal"ı məğlub edib
21-06-2022, 07:43

Gimnastlarımız İsraildə keçirilən Avropa çempionatından dörd medalla qayıdıblar

Gimnastlarımız İsraildə keçirilən Avropa çempionatından dörd medalla qayıdıblar


Təl-Əvivdə (İsrail) keçirilən Avropa çempionatında uğurla çıxış edən bədii gimnastika üzrə Azərbaycan yığması Vətənə medallarla qayıdıb.

Nyus.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, həmkarları, idman ictimaiyyətinin nümayəndələri, habelə qohumları və yaxınları qarşılayıblar.

Xatırladaq ki, iyunun 15-19-da Təl-Əvivdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan komandası dörd bürünc medal qazanıb. Beləliklə, gürzlərlə hərəkətdə azərbaycanlı gənc gimnast Kamilla Qafarova bürünc medal qazanıb. Azərbaycan komandası qrup hərəkətlərində - çoxnövçülükdə, beş halqa ilə proqramda və üç lent və iki topla hərəkətdə üç bürünc medal qazanıb.

Azərbaycan komandasının heyətində Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alıb.

İdmançılar vətənə gəldikdən sonra media nümayəndələri ilə yarışlarda iştirakla bağlı təəssüratlarını bölüşüblər.

Qrup hərəkətləri üzrə komanda üzvlərinin sözlərinə görə, onlar Vətənə medallarla qayıtmaqdan xoşbəxtdirlər.

"Hər bir idman mükafatı kimi, Avropa çempionatında qazandığımız medalların arxasında böyük zəhmət və gərgin məşq dayanır. Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimizə, bizimlə çalışan hər kəsə və təbii ki, böyük dəstəyə görə valideynlərimizə dərin təşəkkürümüzü bildiririk. Bu dəstək bizə güc verir, ona görə də mükafatlarımız ümumi uğurdur. Bundan sonra da Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq", - deyə komandanın üzvü, gimnast Zeynəb Hümmətova bildirib.

Qrup hərəkətləri üzrə komandamızın üzvü Güllü Ağalarzadənin qeyd edib ki, hər bir yarış son dərəcə həyəcanlıdır, çünki idmançılar öz döğma ölkələrini təmsil edirlər:

"Biz fəxr edirik ki, Azərbaycanı Avropa çempionatında layiqincə təmsil etdik. Biz bundan sonra da yaxşı nəticələr göstərmək və fəxri kürsünün ən yüksək pillələrinə yüksəlmək üçün çox çalışacağıq".

Gimnastımız Kamilla Qafarova bildirib ki, bu, onun idman karyerasında ilk Avropa çempionatıdır:

"Çempionat mənə böyük təcrübə qazandırdı. Çox şadam ki, ləyaqətlə çıxış etdim və ölkəmə medal gətirdim. Etiraf edirəm ki, çempionatda rəqiblər güclü idi, İtaliya və Bolqarıstandan olan gimnastları xüsusi qeyd edə bilərəm".

Qeyd edək ki, böyüklər yaş kateqoriyasında Avropa çempionatında Zöhrə Ağamirova və Arzu Cəlilova fərdi proqramda iştirak ediblər. Çoxnövçülükdə finalda (dörd hərəkətin cəmi - halqa, top, gürzlə və lentlə hərəkətlər) Z.Ağamirova doqquzuncu, A.Cəlilova isə onuncu yeri tutub. Ayrı-ayrı növlər üzrə fərdi proqramın finalında Zöhrə Ağamirova topla hərəkətdə səkkizinci, gürzlər proqramında altıncı, Arzu Cəlilova lentlə hərəkətdə isə səkkizinci yeri tutub.

Kamilla Qafarova gürzlərlə hərəkətlərdə üçüncü yeri tutmaqla yanaşı, halqa ilə hərəkətdə altıncı yeri tutub. Gənc gimnastımız Alina Məmmədova topla hərəkətdə altıncı, Mədinə Dəmirova isə lentlə hərəkətdə yeddinci yeri tutub.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az