• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 09-06-2026 Avtomobil sahiblərinə VACİB XƏBƏR: Ayın 16-dan qərar qüvvəyə minir
  • 09-06-2026 Ağır yol qəzası can aldı: Hərbçimiz həlak oldu
  • 09-06-2026 Azərbaycan nefti rekorda doğru - Qiymət görün neçə dolları keçdi
  • 08-06-2026 Baş prokurorun növbəti vətəndaş qəbulu keçiriləcək
  • 08-06-2026 Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR
  • 08-06-2026 Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər
  • 08-06-2026 Azərbaycanda nəqliyyat pulsuz ola bilər?
  • 08-06-2026 TƏCİLİ: İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: Bu obyektlər VURULDU
  • 08-06-2026 İllər sonra DANIŞDI: “Artıq liftə qadınla minmirəm”
  • 08-06-2026 Neft rekorda doğru - Qiymət görün neçə dolları keçdi
  • 08-06-2026 Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
  • 08-06-2026 Van Persi qovuldu
  • 08-06-2026 Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
  • 08-06-2026 Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
  • 08-06-2026 Bu şəxslərin beyni daha gec YAŞLANIR
  • 08-06-2026 "Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
  • 08-06-2026 İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?

XƏBƏRLƏR

    Van Persi qovuldu
    Bu şəxslərin beyni daha gec YAŞLANIR
    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
6-06-2022, 06:21

Türkiyə daha bir uğura imza atır

Türkiyə daha bir uğura imza atır


Qardaş ölkə külək enerjisi istehsalçısına çevrilir. Hamburqda keçiriləcək külək enerjisi konqresində tədarük zəncirinin Türkiyəyə daşınması üçün əsas istehsalçılarla görüşlər olacaq. Qərbin nəhəng şirkətləri də Türkiyəyə köçməyə maraq göstərirlər.

Türkiyə uğurlu daxili və xarici siyasət nəticəsində qlobal enerji-kommunikasiya layihələrinə imza atmaqda davam edir. Bununla da tək bölgədə deyil, dünyada da söz sahibinə çevrilir. Ən önəmlisi odur ki, bu layihələrlə təkcə Türkiyənin deyil, Azərbaycanın, Gürcüstanın və digər ölkələrin enerji təhlükəsizliyinə təminat verir, enerji sahəsində əməkdaşlığı davamlı prosesə çevirir. Adi bir misal: indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına yüz milyonlarla tondan çox nefti nəql edilib. Eləcə də, qaz kəmərləri ilə Türkiyəyə milyardlarla kubmetr təbii qaz nəql olunub. Birgə enerji layihələri ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

Asılı dövlətdən ixracatçı dövlətə doğru

Qardaş ölkə tək bunlarla kifayətlənmir. Energetika sektorunda planlaşdırılan bir çox layihələr var. O cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq ölkənin prioritet sahəsinə çevrilib. Artıq Türkiyə külək enerjisi sektorunda 65 faiz yerli istehsal nisbəti ilə dünyada enerji texnologiyalarının lokallaşdırılması üzrə ilk sıralarda yer alır. Bütün bunlar da onu deməyə əsas verir ki, Türkiyə ciddi nailiyyətə imza atır. Türkiyə enerji sahəsində illər uzunu yaşadığı çətinlikləri aradan qaldırmaq iqtidarındadır və asılı dövlətdən ixracatçı dövlətə çevrilə bilər. Dünyanın ən müasir texnologiyalarını mənimsəyib praktikada uğurla tətbiq etmək Ankaranın prioritet siyasətinə çevrilib.

23 il əvvəl İzmirdə atılan ilk addım

Ölkədə külək enerjisində ilk addım 23 il əvvəl İzmirdə atılıb. İndi isə Türkiyədə bu sahə üzrə yerli və xarici olmaqla, ümumilikdə 231 şirkət fəaliyyət göstərir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, Türkiyənin elektrik enerjisinin təxminən 10 faizi külək enerjisi ilə qarşılanır. Ötən il küləyin gündəlik elektrik enerji istehsalındakı payı 20 faizi ötüb ki, bununla da yeni rekorda imza atılıb. "Wind Europe" İdarə Heyətinin sədri Cals Dikson bildirib ki, Türkiyə illər ərzində külək enerjisi sektorunun inkişafı üçün qanunu tənzimləyir və çərçivəni diqqətlə hazırlayır: "Biz Türkiyənin quruda külək enerjisi sahəsində səylərinin çox uğurlu olduğunu görürük. Türkiyə maraqlı və böyüyən bir bazar olmağa davam edir. Düşünürəm ki, ölkənin gücü quruda və dənizdəki elektrik stansiyalarında da eyni uğura nail olacaq (???)".

Qərb şirkətləri Türkiyəyə köçə bilər

Türkiyədə bərpa olunan enerji mənbələri arasında külək enerjisinin ən yaxşı inkişaf etdiyini deyən Türkiyə Külək Enerjisi Dərnəyinin (TÜREB) rəhbəri İbrahim Erden "Sabah" qəzetinə müsahibəsində maraqlı bir məsələyə toxunub. Onun sözlərinə görə, pandemiya səbəbindən Çində (dünyada külək istehsalına görə birinci, sonrakı yerdə ABŞ və Almaniya gəlir) elektrik təchizatı zəncirləri pozulub. Bu səbəbdən də Qərbin lider şirkətləri Türkiyəyə köçə bilər. Erden qeyd edib ki, bir çox böyük külək enerjisi şirkətləri tədarük zəncirlərini diversifikasiya etmək və bu dövrdə yaranan riskləri minimuma endirmək istəyir. O bildirib ki, Türkiyə külək enerjisi sahəsində böhranı aradan qaldırmaq üçün plan hazırlayıb və bunun iki əsas məqsədi var: külək enerjisi istehsalının imkanlarını artırmaq və onu daha da genişləndirmək.

1,5 milyard avroluq dövriyyə hədəfi

TÜREB rəhbərinin sözlərinə görə, Türkiyə təşkilatçılıq niyyəti ilə çıxış edib. Xarici ölkələrin müvafiq nazirlikləri, əlaqədar qurum və təşkilatlar üçün İzmirin qərb vilayətindəki sənaye obyektlərinə texniki səfər təşkil etmək planlaşdırılır: "Hamburqda keçiriləcək külək enerjisi konqresində iştirak edəcəyik. Orada tədarük zəncirinin Türkiyəyə daşınması üçün əsas komponent istehsalçıları ilə görüşlər keçirəcəyik". İlin sonunda isə Türkiyənin külək enerjisini tanıtmaq üçün konqres keçiriləcək. "İnanıram ki, 2022-ci ilin sonuna kimi külək enerjisi sahəsində 85 faizi ixrac yönümlü olmaqla 1,5 milyard avrodan çox dövriyyəyə nail olacağıq", - deyə Erden bildirib. Əlavə edib ki, "Nordex", "Vestas" və "Enercon" kimi nəhənglər artıq hasilatı Türkiyəyə köçürməyi düşünür. "Onlar bu fikirləri bizimlə bölüşdülər. Türkiyə külək enerjisinin etibarlı təchizatçısına çevrilir. Bərpa olunan enerji mənbələri arasında külək enerjisi Türkiyədə yaxşı inkişaf edir", - deyə o bildirib.

Azərbaycanın da şansı artır

Yeri gəlmişkən, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Belə ki, ölkəmizdə iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı yüksək qiymətləndirilir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Məsələn, artıq işğaldan azad edilmiş ərazilərində "Yaşıl Enerji Zonası"nın yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam var. Təhlillər göstərir ki, bu ərazilərdə külək enerjisi potensialı 2000 MVt ətrafındadır. İşğaldan azad edilmiş ərazilərdə geotermal enerji mənbələrinin olmasına dair əvvəlki illərdə müvafiq elmi araşdırmalar da aparılıb.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az