
Həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli əfv edilib.
Onun adı Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv Sərəncamında yer alıb.
Xatırladaq ki, uzun müddət Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə olunub.
Nyus.Az

























