• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 30-08-2026 "Pullarımı Zeynəb Həsəni yığır"
  • 30-08-2026 Bakıda aptekdən alınan siropun içindən milçək çıxdı – Video
  • 30-08-2026 Ermənistan itkin azərbaycanlıların dəfn yerləri barədə məlumat verməlidir - Hikmət Hacıyev
  • 30-08-2026 Bu gün Türkiyədə Zəfər Bayramıdır
  • 30-08-2026 Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı
  • 30-08-2026 Rusiyanın ən böyük neft zavoduna ağır zərbə: Hərbi aerodrom da vuruldu
  • 30-08-2026 Hava kəskin dəyişir: FHN-dən əhaliyə müraciət
  • 30-08-2026 Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
  • 30-08-2026 "Liverpul"dan "Mançester Siti"yə keçəcək
  • 30-08-2026 "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu
  • 30-08-2026 Sabah leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək
  • 29-08-2026 ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
  • 29-08-2026 Ayın 30-da yağış yağacaq - Proqnoz
  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO

XƏBƏRLƏR

    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
5-05-2022, 09:31

Uşaqların sümüklərinin möhkəmləndirilməsi

Uşaqların sümüklərinin möhkəmləndirilməsi


Sağlam və möhkəm sümük sistemi insanın ümumi sağlamlığında böyük rol oynayır. Möhkəm sümük sistemin təməli uşaqlıqda qoyulur. Bu səbəbdən uşağın sümüklərini daim möhkəmləndirmək lazımdır.

Kalsium sümüklərimizin əsas tikinti materialıdır. Bu elementin çatışmazlığı nəticəsində uşağın sümükləri daha zəif və kövrək olur. Bunun nəticəsində isə uşaq sınıqlara meyilli olur, sümüklər gec bitişir, boyatma ləngiyir və s.

Bu səbəbdən doğulduğu andan başlayaraq uşaq orqanizminin kalsiumla normal təmin olunmasına ciddi fikir vermək lazımdır.

1. Ana südü

Körpələrdə ana südü ilə qidalandırma böyük rol oynayır. Ana südündə olan bütün faydalı maddələr (o cümlədən, kalsium elementi) çox asanlıqla uşağın orqanizmi tərəfindən mənimsənilir. Ana südü ilə qidalandırma mümkün olmadıqda uşağa donor südü verilməlidir. Bu da mümkün olmadıqda isə uşaq müasir süni süd qarışıqları ilə qidalandırılmalıdır.

2. Süd və süd məhsulları

Daha böyük uşaqların rasionuna daim süd və süd məhsulları əlavə etmək lazımdır. Əgər uşağınızda südə qarşı allergiya və ya xüsusi dözümsüzlük yoxdursa, uşağa 1 yaşından başlayaraq hər gün südlü sıyıqlar, südlü kokteyllər, südlü kisel və s. vermək lazımdır.

Əgər uşaqda süd məhsullarına qarşı fərdi dözümsüzlük və ya allergiya varsa, bu halda uşağa kəsmik, şor, qatıq, xama, pendir , yoqurt kimi məhsulları vermək lazımdır.

Çalışın uşağa təbii süd və süd məhsulları (kənd südü, qatığı, şoru və s.) verin. Dükanlarda satılan və xüsusilə saxlama müddəti uzun olan belə məhsulların tərkibində külli miqdarda konservantlar və s. ziyanlı maddələr var.

3. Balıq

Uşağın 10-11 ayından başlayaraq onun rasionuna balıq əlavə etmək lazımdır (allergiya yoxdursa). Balıq sümüklər üçün çox vacib olan kalsium və fosfor elementləri ilə zəngindir. Bundan əlavə balıq D vitamini ilə zəngindir ki, bu vitamin orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır.

4. Gün şüaları

Hər gün uşaq 1,5-2 saatdan az olmayaraq açıq havada olmalıdır. Gün şüaları təsirindən insan orqanizmində D vitamini istehsal olunur.

Yay aylarında çalışmaq lazımdır ki, uşaq günün bir çox hissəsini açıq havada keçirsin. Bu çox vacibdir. Yay aylarında uşaqlarda boyatma prosesi güclənir. Uşaqların pəhrizində süd və süd məhsullarının miqdarını artırın.

5. Bitki mənşəli məhsullar

Bəzi bitki mənşəli məhsulların tərkibində kalsium elementi var. Bu məhsulların arasında: günabaxan tumları, badam, brokkoli kələmi, ispanaq, şokolad, yumurta sarısı, lobya. Lakin bu məhsullarda olan kalsium süd məhsulları ilə müqayisədə daha pis mənimsənilir.

5. Fiziki aktivlik

Fiziki aktivlik sümüklərin möhkəm və sağlam olması üçün çox vacibdir. Bu halda sümüklər onlara lazım olan maddələrlə daha yaxşı təmin olunur. Bu səbəbdən uşağın fiziki aktivliyi üçün lazım olan şərait yaratmaq lazımdır - hərəkətli oyunlar, bədən tərbiyəsi, üzgüçülük və s.

6. Bəzi məhsulların qəbulu kalsiumun mənimsənilməsini pozur. Bu məhsulların arasında: şəkər, şirniyyatlar, duzlu qidalar. Bu səbəbdən uşaqların qidalanmasında konfet, peçenye, pirojna, tort və s. şirniyyatların miqdarı minimuma çatdırmaq lazımdır. Onları kişmiş, ərik qurusu, bal və s. kimi təbii şirniyyatlarla əvəz edin. Kola, limonad və digər bu kimi içkilər şəkər və digər sümüklər üçün ziyanlı maddələrlə zəngindir. Bu səbəbdən belə içkiləri uşaqlara vermək olmaz.

Kolbasa, sosiska, çipsi, kartof-fri, digər fast-fud qidaların tərkibində çoxlu miqdarda duz var. Bu səbəbdən bu qidaları da uşağa vermək olmaz.

Heyvanı zulalın lazım olandan artıq qəbulu kalsiumun mənimsənilməsini ləngidir. Bu səbəbdən uşağa gün ərzində 1 dəfədən artıq ət yeməyi vermək tövsiyə edilmir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az