
“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.
Qurumun verdiyi məlumata görə, bütün media, QHT mənsublarının və sosial şəbəkə fəallarının (blogger) üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərində canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

























