• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 05-11-2026 Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA - Təyyarədən MÜHÜM MESAJLAR VERDİ
  • 05-11-2026 Zəngilan Aqroparkı yaradılır - Fərman
  • 05-11-2026 Prezident İlham Əliyev media nümayəndələrini təltif edib
  • 05-11-2026 Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti təbrik edib
  • 05-11-2026 Ağıllı saatlara görə aksiz vergisi alınacaq
  • 05-11-2026 Azərbaycanda yenilənmiş Radiorabitə Reqlamenti təsdiqlənib
  • 05-11-2026 Bu yağı qətiyyən almayın - Uyğunsuzluq tapıldı
  • 05-11-2026 Sumqayıtda icra başçısının bacısı oğlu kütləvi narazılığa səbəb olub? – VİDEO
  • 05-11-2026 Bir sıra sosial ödənişlərin məbləği artırılır - VIDEO
  • 05-11-2026 Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - FOTO
  • 05-11-2026 Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
  • 05-11-2026 Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
  • 05-11-2026 Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
  • 05-11-2026 Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
  • 05-11-2026 "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
  • 05-11-2026 ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 05-11-2026 Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
  • 05-11-2026 ABŞ İranı nüvə ilə vuracaq?
  • 05-11-2026 Tovuzda ev yanaraq külə döndü
  • 05-11-2026 Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

XƏBƏRLƏR

    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
    Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
    “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
    Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
Bu gün, 19:36

Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA - Təyyarədən MÜHÜM MESAJLAR VERDİ

Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA - Təyyarədən MÜHÜM MESAJLAR VERDİ


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıraraq gündəmdəki mühüm məsələləri dəyərləndirib.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin klassik diplomatik təmaslardan çox üstün olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevlə sıx əlaqədə olduğunu deyən Türkiyə dövlət başçısı, fövqəladə bir hal yaşanmazsa, 8 Noyabr Zəfər Günündə Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb:

"8 Noyabr Azərbaycanın Zəfər Günüdür. Fövqəladə bir hal baş verməzsə, mən də 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq".

Türkiyə lideri iki ölkə arasında diplomatik əlaqələrin müxtəlif səviyyələrdə fasiləsiz davam etdiyini diqqətə çatdırıb:

"Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevlə artıq telefon danışıqları aparmışam. Bu arada həm Milli Kəşfiyyat Təşkilatının rəhbərini, həm də Xarici İşlər nazirimi Azərbaycana göndərdim. Eyni zamanda, istər İlham bəylə, istərsə də xanımlar arasında telefon diplomatiyası aparılır. Onlar da 8 Noyabr Zəfər Gününə böyük önəm verirlər. Hər zaman deyirəm, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin bəhrəsidir. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur".



Seul səfərini dəyərləndirən Ərdoğan Koreya prezidenti Li Çje Myonun dəvəti ilə həyata keçirilən səfərin çox məhsuldar keçdiyini qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında 11 milyard dolları keçən ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq planlaşdırılır.

Türkiyə lideri bildirib ki, nüvə enerjisi sahəsində yeni iradə nümayış etdirilib. Müdafiə sənayesində isə "Altay" tankı, "Fırtına" haubitsaları, PUA və hava hücumundan müdafiə sistemləri daxil olmaqla, kompleks texnoloji əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Enerji, mədənçilik, elmi əməkdaşlıq, layihələrin maliyyələşdirilməsi və investisiya sahələrində 5 vacib sənəd imzalanıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərinə toxunan Ərdoğan müharibənin diplomatiya yolu ilə bitirilməsinin vacibliyini qeyd edib:

"Cənab Zelenski ilə görüşümüzdən sonra indi cənab Putinlə də danışıqlar apararaq məsələnin Rusiya tərəfini müzakirə etmək istəyirik. Xarici İşlər nazirim başda olmaqla, aidiyyəti şəxslər həmkarları ilə əlaqə saxlayaraq Rusiya tərəfini bu görüşə hazırlayacaqlar".



ABŞ-dəki aralıq seçkilərinin nəticələrinə münasibət bildirən Ərdoğan Türk-Amerikan əlaqələrinin köklü və möhkəm təməllərə söykəndiyini xatırladıb:

"NATO müttəfiqi və uzunillik strateji münasibətlərə malik iki ölkəyik. Regionumuzda qalıcı sülhün və sabitliyin bərqərar olması üçün həm ABŞ administrasiyası, həm də Konqreslə sıx dialoqumuzu davam etdirəcəyik".

Terrorla mübarizə prosesindən danışan prezident Ərdoğan "Terrorsuz Türkiyə" layihəsinin qanunvericiliyin müəyyən etdiyi çərçivədə qətiyyətlə davam etdiyini bildirib:

"Sərhədlərimizdən kənardakı mağaralar mərhələli şəkildə təmizlənir. Təsbit və təsdiq işləri planlaşdırıldığı kimi gedir. Silahların tamamilə yere qoyulması ilə yeni mərhələyə keçəcəyik".

Fon məsələsi və məhkəmə proseslərinə toxunan Türkiyə lideri qanunsuzluq və rüşvətlə mübarizədə heç bir güzəştin olmayacağını vurğulayıb:

"Haqsız qazanc əldə edən, kapital bazarlarını manipulyasiya edən hər kəs qanun qarşısında cavab verəcək. Dövlət büdcəsindən istifadə olunmadan bu proses idarə olunur. Ödənişlər ardıcıl şəkildə həyata keçirilir".

AK Partiyanın hakimiyyətə gəlməsinin 24-cü ildönümünü dəyərləndirən prezident Ərdoğan sözlərini belə yekunlaşdırıb:

"24 il əvvəl təhvil aldığımız əmanətə verdiyimiz dəyər bu gün də eyni qətiyyətlə davam edir. O vaxtkı Türkiyə ilə bugünkü ölkəmizi müqayisə etməyə günlər yetməz. Dayanmaq yoxdur, yola daha güclü, daha əzmli və qərarlı şəkildə davam edirik".

İqbal RZAYEV,
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az