• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 05-11-2026 Bir sıra sosial ödənişlərin məbləği artırılır - VIDEO
  • 05-11-2026 Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - FOTO
  • 05-11-2026 Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
  • 05-11-2026 Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
  • 05-11-2026 Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
  • 05-11-2026 Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
  • 05-11-2026 "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
  • 05-11-2026 ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 05-11-2026 Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
  • 05-11-2026 ABŞ İranı nüvə ilə vuracaq?
  • 05-11-2026 Tovuzda ev yanaraq külə döndü
  • 05-11-2026 Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
  • 05-11-2026 Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq
  • 04-11-2026 AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • 04-11-2026 Tələbəyə “şamtutan” deyən direktorun kollecində qanlı olay –Dərs zamanı 6 bıçaq zərbəsi
  • 04-11-2026 Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
  • 04-11-2026 Sertifikatı ləğv olunub, fəaliyyəti davam edir: Seymur Məmmədovu kim qoruyur?
  • 04-11-2026 Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
  • 04-11-2026 "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
  • 04-11-2026 “Eşref Tek”in tərəf müqabili açıqlandı

XƏBƏRLƏR

    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
    Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
    “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
    Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Bu gün, 07:17

Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab

Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab


Şagirdlərin "mygov" platformasında fərdi hesablarının yaradılması məsələsi müzakirələrə səbəb olub.

Nyus.Az xəbər verir ki, Gülzar Mustafayeva adlı sosial şəbəkə istifadəçisi bununla bağlı paylaşım edərək aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirilməsini istəyib.

O, bildirib ki, uşaqların "mygov"da qeydiyyata alınmasının Elm və Təhsil Nazirliyinin göstərişi olduğu deyilir. Lakin valideyn bu tələbin hansı zərurətdən irəli gəldiyini anlamadığını qeyd edib.

G. Mustafayeva yetkinlik yaşına çatmamış uşaqların bu platformadan hansı məqsədlə istifadə edəcəyini sual edib: "Əgər söhbət onun hərbi komissarlıq məsələsindən gedirsə, o məlumat mənim "mygov"umda var, onun peyvəndlərinin məlumatı və s. olduğu kimi. Onsuz da o əsgərliyə 18 yaşdan sonra gedəcək, elə o vaxtda "mygov"dan qeydiyyatdan keçsin də, indidən nə vacibdir?

Bir aspekt də var, məktəb uşaqlarından tələb edirlər ki, onların smartfonları olmasın, bununla razıyam, oğlum məktəbə köhnə deyməli telefonla gedir. İndi sizin bu tələbinizə görə mən pul xərcləyib uşağa smartfon almalıyam ki, ona SİMA və dalınca da "mygov" tətbiqlərini yükləyim, yenə də - nə üçün?

Hər zaman deyilir ki, şəxsi məlumatları üçüncü şəxslərə ötürməyin, rəqəmsal məlumatlarınızı gizli saxlayın və s. Bəs uşaqlar buna necə riayət etsinlər, oyunlar oynayırlar, harasa girə bilərlər və özləri bilmədən də nəsə məlumat sızdıra bilərlər, bunun qabağı necə alınacaq?"

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, ölkədə rəqəmsal xidmətlərdən istifadənin əhatəliliyinin artırılması və təhsil sahəsində rəqəmsal imkanların inkişaf etdirilməsi çərçivəsində ümumi təhsil müəssisələrində şagirdlərin "mygov" platformasında fərdi hesablarının yaradılması ilə bağlı məlumatlandırma aparılır: "Bu təşəbbüsün əsas məqsədi hər bir şagirdin rəqəmsal mühitdə fərdi hesabının formalaşdırılması, təhsillə bağlı məlumatlarına və müvafiq təhsil sənədlərinə daha rahat çıxış imkanının təmin edilməsidir. Fərdi hesabların yaradılması bu xidmətlərdən daha operativ, rahat və əlçatan şəkildə istifadə olunmasına imkan verəcək.

Bu istiqamətdə valideynlərə mobil telefonlarına "mygov" tətbiqini yükləmək və aktiv istifadə etmək tövsiyə edilir. Yaşı 7 və daha yuxarı olan şagirdlər üçün ayrıca hesabın yaradılması nəzərdə tutulur. Bu istiqamətdə çətinlik yaşayan valideynlərə ümumi təhsil müəssisələrində müvafiq məlumatlar verilir.

Qeyd edək ki, texniki baxımdan bir mobil telefonda bir neçə şagird üçün ayrıca "mygov" hesabı yaratmaq mümkündür".

Narazılıqlarla bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən isə müraciətimizə cavab olaraq qeyd edilib ki, valideynlər ikinci hesab kimi öz "mygov" tətbiqlərindən övladlarına aid hesabı aktivləşdirə bilərlər: "Platformadan istifadə vətəndaşlara dövlət xidmətlərinə rəqəmsal formada çıxış, fərdi məlumatlarının paylaşılmasına nəzarət və dövlət qurumları ilə rəqəmsal kommunikasiya imkanları yaradır.

Qeyd edək ki, bu istiqamətdə görülən işlər "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində həyata keçirilir. Fəaliyyət Planına uyğun olaraq, rəqəmsal dövlət xidmətlərinin təşviqi və vətəndaşların bu xidmətlərdən istifadə imkanları barədə məlumatlandırılması istiqamətində tədbirlər görülür.

7 yaşdan yuxarı uşaqlar da "mygov" platformasında fərdi hesab yarada bilərlər. Bunun üçün uşağın ayrıca mobil telefona sahib olması zəruri deyil. Hesaba valideynin mobil telefonu və ya fərdi kompüter vasitəsilə də daxil olmaq mümkündür.

Bir cihazdan bir neçə ailə üzvünün hesabından istifadə etmək üçün əvvəlcə platformada açıq olan hesabdan çıxış etmək, daha sonra digər şəxsin hesabına daxil olmaq kifayətdir. Beləliklə, eyni cihazdan növbə ilə bir neçə istifadəçinin "mygov" hesabına daxil olmaq mümkündür.

Şəxsi mobil telefondan istifadə imkanı olan yuxarı sinif şagirdlərinə isə "mygov" mobil tətbiqini öz cihazlarına yükləyərək fərdi hesablarından istifadə etmələri tövsiyə olunur".(qafqazinfo)

Nyus.Az




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az