• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-11-2026 Putinin ikibaşlı "Müharibə İstəmirik, amma..." mesajının sirri: Rusiya Avropada "yeni Ukrayna planı"nı artıq işə salıb
  • 01-11-2026 Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
  • 01-11-2026 Ordumuzun Qaragöldəki ayaq səsləri - Ermənistan yenidən silkələnir! - FOTO
  • 01-11-2026 ABŞ Zelenskini G20 sammitinə dəvət edəcək
  • 01-11-2026 Rusiyadan İrəvana gözlənilməz zərbə - yeni səfiri ölkəyə buraxmır
  • 01-11-2026 Türkiyə Qara dənizdən taxıl ixracının bərpa olunmasına çalışır – Fidan
  • 01-11-2026 Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
  • 01-11-2026 Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
  • 01-11-2026 İki cüdoçumuz Avropa çempionu olub
  • 01-11-2026 Sumqayıtda zəncirvari qəza olub
  • 01-11-2026 Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
  • 01-11-2026 “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
  • 01-11-2026 “Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
  • 01-11-2026 “Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
  • 01-11-2026 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
  • 01-11-2026 Kəmaləddin Heydərovdan yeni təyinatlar
  • 31-10-2026 Azərbaycanda transplantasiya əməliyyatları icbari sığortaya salına bilər
  • 31-10-2026 Azərbaycanlı alim vəfat etdi
  • 31-10-2026 ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
  • 31-10-2026 Qızılın qiyməti xeyli ucuzlaşdı

XƏBƏRLƏR

    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
    Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
    “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
    Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Bu gün, 08:52

“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında

“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında


"Qarabağ" Misli Premyer Liqasının X turunda səfərdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib.

Nyus.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qalib gəlmək istəyirdik, amma alınmadı. Qarşımızda yaxşı, çox istəkli və əks-hücumlarda sürətli olan bir kollektiv var idi. Çempionat onu göstərir ki, hər oyuna maksimum hazırlaşmalıyıq. Pozitiv olaraq qarşıdakı matçlara hazırlaşacağıq.

- İlk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında mübahisə oldu. Onları cəzalandıracaqsınız?

- Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Komanda yoldaşıdırlar, dostdurlar. Həmişə bir yerdədirlər, bir-birilərinə qarşı pozitiv olurlar. Tam araşdırmadım. Ola bilər ki, oyunda əsəbləşməyə səbəb olan hadisə var. Bunu biz bilmirik. Amma yüz faiz cəzalanacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir.

- "Sabah" əsas oyunçularının bir çoxunu oynatmayaraq "Qəbələ"ni 4: 0 hesabı ilə məğlub etmişdi. "Qarabağ" isə bu rəqibin qarşısında çətinlik çəkdi. Sizcə, bunun səbəbi nədir?

- "Sabah"a burada elə də asan olmamışdı. 2 qolu son dəqiqələrdə vurmuşdular. "Qəbələ"də yeni baş məşqçi var. Yeton Bekirini tanıyıram. Çempionlar Liqasında ötən mövsüm onun komandasına qarşı oynamışdıq. "Qəbələ" get-gedə daha yaxşı olacaq. Lider olmaq istəyiriksə, əlbəttə ki, daha yaxşı oynamalıyıq. Çatışmazlıqlarımız var. Bu da normal haldır. Ümumi çempionatın gedişinə baxsaq, hər turda istənilən nəticə qeydə alına bilər.

- Marko Yankoviçin fasilədə əvəzlənməsi sırf mübahisə ilə bağlı idi?

- Bəli.

- "Qarabağ", demək olar ki, yüz faizlik qol epizodları yarada bilmədi. Hücum xəttində axsamaların olmasının səbəbi nədir?

- Razıyam. Daha yaxşı oynamalı, daha çox topa sahib olmalıyıq, qol epizodları yaratmalıyıq. Bunun üzərində işləyirik. Potensialımız, gücümüz var.

- 18 ildir "Qarabağ"dasınız, bir neçə dəfə heyətdə böyük dəyişikliklər olub. Budəfəki yeniləmə prosesi niyə uğurlu alınmadı?

- Futbol elə oyundur ki, daim dəyişikliklər olur. Birdən-birə böyük dəyişiklik haradasa düşüncələrimizə mane olur. Çatışmazlıqlarla bağlı bir neçə fikir söyləmək olar. Əvvəlkindən daha yaxşı olmağa çalışırıq. İstənilən komanda istənilən rəqibə qarşı yaxşı oyun qura bilir. Bu da çempionatın səviyyəsinin qalxdığını göstərir. Bəlkə də, tam düşündüyümüz tipdə oyunçular əldə edə bilmədik. Bəzən futbolçulara görə oyun qurmağa çalışırıq. Amma hər bir halda mənə elə gəlir ki, çatışmazlıqları aradan qaldıracağıq. Oyunçuların potensialı var. Avrokuboklarda mübarizəni dayandırmaq bizə psixoloji cəhətdən təsir etdi. Bəzi futbolçuların zədələnməsi rotasiyanı aşağı saldı. Mütləq şəkildə yaxşı olmalıyıq. Çatışmazlıqlarımız var. Bunu gizlətmirəm. Belə yanaşmaq lazım deyil ki, "Qarabağ" əvvəlki kimi olmayacaq. Daha yaxşı olmağa çalışırıq. Olmasa belə, bu, o demək deyil ki, biz əllərimizi yanımıza salmışıq. Yaxşı nəticələr qazanmağa çalışırıq.

- Azarkeşlər həmişə "Qarabağ"ı başqa cür görüblər, sadəcə bu cür oyunu həzm edə bilmirlər...

- Komanda udanda uğurlu görünür. Deməzdim ki, transferdə yanlışlıq olub. Sadəcə komandanı dinamik oyuna çatdırmaq üçün bir az vaxt lazımdır. İnşallah düzələcək. Azarkeşlərimiz ürəksiz olmasınlar. Bəzi fikirlər yazılanda onun ətrafında cəmləşənlər çox olur, bir az neqativ yanaşma yaranır. Amma qətiyyən elə deyil. Yaxşı komandamız var. İnanıram ki, bizi qarşıda yaxşı oyunlar gözləyir. Heyəti genişləndirmək istiqamətində işlərimiz gedir.

- Adınız "Fənərbaxça" ilə hallanır. Bu xəbərlərə reaksiyanız necədir?

- "Fənərbaxça"ya uğurlar arzulayıram.(Milli.az)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az