• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 05-11-2026 Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA - Təyyarədən MÜHÜM MESAJLAR VERDİ
  • 05-11-2026 Zəngilan Aqroparkı yaradılır - Fərman
  • 05-11-2026 Prezident İlham Əliyev media nümayəndələrini təltif edib
  • 05-11-2026 Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti təbrik edib
  • 05-11-2026 Ağıllı saatlara görə aksiz vergisi alınacaq
  • 05-11-2026 Azərbaycanda yenilənmiş Radiorabitə Reqlamenti təsdiqlənib
  • 05-11-2026 Bu yağı qətiyyən almayın - Uyğunsuzluq tapıldı
  • 05-11-2026 Sumqayıtda icra başçısının bacısı oğlu kütləvi narazılığa səbəb olub? – VİDEO
  • 05-11-2026 Bir sıra sosial ödənişlərin məbləği artırılır - VIDEO
  • 05-11-2026 Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - FOTO
  • 05-11-2026 Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
  • 05-11-2026 Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
  • 05-11-2026 Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
  • 05-11-2026 Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
  • 05-11-2026 "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
  • 05-11-2026 ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 05-11-2026 Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
  • 05-11-2026 ABŞ İranı nüvə ilə vuracaq?
  • 05-11-2026 Tovuzda ev yanaraq külə döndü
  • 05-11-2026 Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

XƏBƏRLƏR

    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
    Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
    “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
    Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
Bu gün, 19:29

Zəngilan Aqroparkı yaradılır - Fərman

Zəngilan Aqroparkı yaradılır - Fərman


İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunması, kənd təsərrüfatının bərpası və inkişafı məqsədilə Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, Zəngilan Aqroparkı müasir texnologiya və üsulların tətbiqi ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və saxlanılması, çeşidlənməsi, satışı, eləcə də müvafiq xidmətlərin göstərilməsi üçün istifadə olunacaq.

Aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanması və icrası, həmçinin dövlət dəstəyi tədbirlərində iştirakın təmin edilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə olunub.

Sənəddə qeyd olunur ki, Zəngilan Aqroparkının yaradılması, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturunun qurulması üçün layihələndirmə işlərinin aparılmasına Prezidentin 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılacaq.

Nazirlər Kabineti iki ay müddətində Zəngilan şəhəri yaxınlığında 1424,55 hektar, Qubadlı rayonunun Tatar kəndi yaxınlığında isə 164,15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini təmin etməlidir.

Bundan başqa, İqtisadiyyat Nazirliyi iki ay müddətində Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəliyinin təkliflərini nəzərə almaqla, aqroparkda istehsal və emal olunacaq aqrar-sənaye məhsulları üzrə prioritet istiqamətləri müəyyən etməlidir.

Fərmana əsasən, aqroparkda elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal, inzibati və sosial təyinatlı infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

Sənədlə, həmçinin aqroparkın idarə olunması və sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı bir sıra normativ hüquqi aktlara dəyişiklik edilib.(Milli.az)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az