• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-11-2026 AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • 04-11-2026 Tələbəyə “şamtutan” deyən direktorun kollecində qanlı olay –Dərs zamanı 6 bıçaq zərbəsi
  • 04-11-2026 Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
  • 04-11-2026 Sertifikatı ləğv olunub, fəaliyyəti davam edir: Seymur Məmmədovu kim qoruyur?
  • 04-11-2026 Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
  • 04-11-2026 "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
  • 04-11-2026 “Eşref Tek”in tərəf müqabili açıqlandı
  • 03-11-2026 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var - (Yenilənib)
  • 03-11-2026 Bağçalı Bakıya gəlir – Ankara ilə soyuqluq BÖHRANA girir?
  • 03-11-2026 Qanunsuz tikinti ilə gündəmə gəlmişdi: Nazir işdən çıxardı - ƏMR
  • 02-11-2026 APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - DİN
  • 02-11-2026 Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
  • 02-11-2026 Yasamalın bir hissəsində işıqlar kəsiləcək
  • 02-11-2026 Goranboyda ağır qəza: Eyni ailənin 5 üzvü xəsarət aldı
  • 02-11-2026 Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO
  • 02-11-2026 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDRO
  • 02-11-2026 Fədayə Laçın vəfat edən Xalq artistinin arxiv fotosunu paylaşdı
  • 02-11-2026 Paytaxtın 13 küçəsində tıxac var
  • 01-11-2026 Putinin ikibaşlı "Müharibə İstəmirik, amma..." mesajının sirri: Rusiya Avropada "yeni Ukrayna planı"nı artıq işə salıb
  • 01-11-2026 Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

XƏBƏRLƏR

    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
    Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
    “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
    Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
Bu gün, 14:41

AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...

[center]AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...[/center]


Azərbaycan toylarında qidadan zəhərlənmə, keyfiyyətsiz yeməklər verilməsi, mənşəyi bilinməyən, iylənmiş ətdən təamlar hazırlanması halları artmaqdadır.

Anaxeber.com.az məlumat verir ki, bu yaxınlarda "Çıraq Palace” şadlıq sarayında iylənmiş ətdən yemək verilməsi faktı aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib.

AQTA həmçinin 1 oktyabr 2026-cı ildə “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ət məhsulları aşkarladığını açıqlayıb.

Xoşbəxtlikdən hər iki şadlıq evində mərasimdə zəhərlənən olmayıb.

Lakin oktyabrın 31-də "Qızıl qaya" şadlıq evində baş tutan məclisdə 5 qadın zəhərlənmə faktı ilə bağlı xəstəxanaya yerləşdirilib. Bundan əlavə, Kürdəmirdə "Günəş" şadlıq evində oxşar hadisə olub.

Bu faktlar toylarda verilən qidaların təhlükəsizliyi ilə bağlı artıq həyəcan təbili çalmağa əsas yaradır. Çünki vətəndaşlar bundan daha pis təhlükə ilə üzləşə, hətta ölüm faktına səbəb ola bilər. Məsələ burasındadır ki, AQTA hadisə baş verdikdən sonra araşdırma aparır. Halbuki iş başa gələndən sonra restoranın verdiyi qidaların keyfiyyətini laboratoriyada yoxlamaq keçmişdir. Yəni vətəndaş zəhərlənir, sonra AQTA səbəbləri araşdırır.

Əslində qurumun işi şadlıq saraylarında, restoranlarda qidaların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı əvvəlcədən araşdırma aparmaq olmalıdır. Sonradan atılan daş necə deyərlər, topuğa dəyər. Yəni AQTA şadlıq evlərində məclislərdən öncə qidaların mənşəyini, təzəliyini yoxlamalıdır. Bunun üçün qurumun kifayət qədər səlahiyyəti, potensialı və resursu var. Belə desək, agentliyin əməkdaşları Bakının müxtəlif rayonları üzrə şadlıq saraylarına təhkim oluna bilər. Tutaq ki, Nizami rayonunda bir gündə 10-12 şadlıq sarayında toy ola bilər, səhər saatlarında AQTA əməkdaşları yoxlamalar apara bilər. Həmçinin, Binəqədi, Xətai və s. rayonlarda yenə də agentliyin ərazi üzrə əməkdaşları restoranlara cəlb olunarsa, bu kimi təhlükəli halların qarşısı qabaqcadan alına bilər.

Amma AQTA işinə nədənsə laqeyd yanaşır. Hərçənd öncədən araşdırma aparılması vacibdir. Son həftələr baş verənlər də bunu deməyə əsas verir. Agentliyin nə üçün şadlıq saraylarında qida təhlükəsizliyinə səhlənkar yanaşdığı bizə bəlli deyil. Burada hansı maraqların olduğunu söyləmək də çətindir. Fəqət faktdır ki, AQTA şadlıq saraylarında zəhərlənmə olmasını gözləyir, sonra araşdırmalara başlayır.
Əgər AQTA qida təhlükəsizliyinə nəzarət edirsə, belə hadisələrin qarşısını niyə ala bilmir? O deməkdir ki, öncədən heç bir yoxlama aparılmır, şadlıq evlərinin aldığı ət və digər məhsulların mənşəyi, keyfiyyəti yoxlanılmır. Bu da yüzlərlə vətəndaşın həyatını təhlükəyə atmaqdır.

Mütəxəssislər də o qənaətdədir ki, şadlıq saraylarında ciddi sanitariya pozuntuları varsa, bunlar toy keçiriləndən və insanlar zəhərlənəndən sonra deyil, əvvəl aşkarlanmalıdır.

Restoran üçün cərimə ödəmək, fəaliyyətini dayandırmaqdan daha sərfəli olarsa, bu, qanun pozuntularının qarşısını almağa yetməyə bilər. Burada cərimələrin məbləği və təkrar pozuntulara görə tətbiq edilən tədbirlər əhəmiyyətlidir.
AQTA-nın əsas vəzifəsi zəhərlənmə baş verəndən sonra araşdırma aparmaq deyil, mümkün qədər onun qarşısını almaqdır.
Əgər eyni tipli pozuntular müxtəlif şadlıq saraylarında təkrar-təkrar aşkarlanırsa, bu, nəzarət sisteminin effektivliyi barədə əsaslı suallar yaradır.

Bu məsələdə rüşvət və korrupsiya marağının olması ehtimalını istisna etmək olmaz. Lakin əsas reallıq odur ki, AQTA-nın işi sonradan araşdırma aparmaq deyil, əvvəldən təhlükəni aşkara çıxarmaqdır. Qoşqar Təhməzlinin sədri olduğu agentlik isə obrazlı desək, xəstəliyi aşkarlayıb müalicə etməyi yox, xəstə koma vəziyyətinə düşəndə hadisə yerinə gəlməyi üstün tutur...

Axı AQTA təcili tibbi yardım xidməti deyil?Anaxeber.com.az)

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az