
Noyabr ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb.
Nyus.Az xəbər verir ki, 2026-cı ilin istehsalat təqviminə əsasən, beşgünlük iş həftəsi ilə çalışanlar üçün noyabr ayında ümumilikdə 11 gün qeyri-iş günü olacaq.
Belə ki, noyabrın 8-də Zəfər Günü, noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib.
Beləliklə, noyabrın 7-dən 10-dək ardıcıl 4 gün iş olmayacaq. İşçilər noyabrın 11-də işə çıxacaqlar.
Noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün digər istirahət günləri də şənbə və bazar günlərinə təsadüf edir.
Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə noyabr ayında ümumilikdə 7 gün qeyri-iş günü nəzərdə tutulub.
Qeyd edək ki, noyabrın 12-də qeyd olunan Konstitusiya Günü və noyabrın 17-də qeyd olunan Milli Dirçəliş Günü iş günü hesab edilir.
Nyus.Az

























