• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-11-2026 Putinin ikibaşlı "Müharibə İstəmirik, amma..." mesajının sirri: Rusiya Avropada "yeni Ukrayna planı"nı artıq işə salıb
  • 01-11-2026 Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
  • 01-11-2026 Ordumuzun Qaragöldəki ayaq səsləri - Ermənistan yenidən silkələnir! - FOTO
  • 01-11-2026 ABŞ Zelenskini G20 sammitinə dəvət edəcək
  • 01-11-2026 Rusiyadan İrəvana gözlənilməz zərbə - yeni səfiri ölkəyə buraxmır
  • 01-11-2026 Türkiyə Qara dənizdən taxıl ixracının bərpa olunmasına çalışır – Fidan
  • 01-11-2026 Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
  • 01-11-2026 Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
  • 01-11-2026 İki cüdoçumuz Avropa çempionu olub
  • 01-11-2026 Sumqayıtda zəncirvari qəza olub
  • 01-11-2026 Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
  • 01-11-2026 “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
  • 01-11-2026 “Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
  • 01-11-2026 “Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
  • 01-11-2026 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
  • 01-11-2026 Kəmaləddin Heydərovdan yeni təyinatlar
  • 31-10-2026 Azərbaycanda transplantasiya əməliyyatları icbari sığortaya salına bilər
  • 31-10-2026 Azərbaycanlı alim vəfat etdi
  • 31-10-2026 ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
  • 31-10-2026 Qızılın qiyməti xeyli ucuzlaşdı

XƏBƏRLƏR

    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
    Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
    “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
    Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Bu gün, 09:26

Putinin ikibaşlı "Müharibə İstəmirik, amma..." mesajının sirri: Rusiya Avropada "yeni Ukrayna planı"nı artıq işə salıb

Putinin ikibaşlı "Müharibə İstəmirik, amma..." mesajının sirri: Rusiya Avropada "yeni Ukrayna planı"nı artıq işə salıb


Kreml müharibə niyyətinin olmadığını bəyan etsə də, bu, Rusiyanın yaxın gələcəkdə "qoca qitə"yə hücum etməyəcəyinə qətiyyən təminat vermir... Çünki Rusiyanın Ukraynaya qarşı işğalçı savaşa başlamazdan öncə də Kremlin təxminən eyni məzmunlu mesajlar verdiyi hələ unudulmayıb...
Rusiya və Qərb arasında hərbi-siyasi qarşıdurma yüksələn xətt üzrə inkişaf edir. Halbuki, prezident Vladimir Putin son açıqlamalarında Rusiyanın Avropa ölkələrinə qarşı müharibə niyyətində olmadığına əminlik yaratmağa çalışır. Və buna paralel olaraq, Rusiya lideri ölkəsinin Avropa ölkələrinin başlada biləcəyi istənilən savaşa artıq indidən hazır olduğunu da qətiyyən gizlətmir.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putinin bu ikibaşlı açıqlaması Avropada Rusiyadan qaynaqlanan təhlükəsizlik riskləri ilə bağlı narahatlıqların ciddi şəkildə artdığı bir dövrə təsadüf edir. Belə ki, Rusiya təhlükəsini nəzərə alan NATO ölkələri müdafiə xərclərini maksimum səviyyədə artırıb. Və Avropa Birliyi 2030-cu ilədək savaş hazırlığını gücləndirməyə çalışır.

Ancaq prezident Vladimir Putin vurğulayıb ki, əgər, Avropa ölkələri Rusiyaya qarşı savaşa başlasalar, hərbi qarşıdurma həddindən artıq genişlənəcək və bu müharibədə qalib tərəf olmayacaq. Rusiya liderinin bu sözləri Kremlin həm hərbi hazırlığını nümayiş etdirmək, həm də Avropa ölkələrinə genişmiqyaslı müharibənin mümkün nəticələri barədə əvvəlcədən sərt xəbərdarlıq etmək cəhdi kimi də qiymətləndirilə bilər. Bununla belə, Rusiya prezidentinin bu xəbərdarlığı qarşıduran tərəflər arasında hərbi qarşıdurmanın qaçılmaz olduğu anlamına da gəlmir.


Maraqlıdır ki, Avropa ölkələrinin müdafiə imkanlarını gücləndirməsi son illərdə "qoca qitə"nin təhlükəsizlik siyasətində əsas istiqamətlərdən birinə çevrilib. Bu prosesin başlıca səbəblərindən biri də məhz Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə və onun Avropanın təhlükəsizlik arxitekturasına neqativ təsirləridir. Avropa Birliyi 2025-ci ilin martında təqdim etdiyi müdafiəyə dair "Ağ Kitab"da hərbi sənayenin inkişafını, müdafiə istehsalının artırılmasını və üzv dövlətlərin mümkün hərbi təhdidlərə qarşı hazırlığının gücləndirilməsini prioritet kimi müəyyənləşdirib. Həmin ilin oktyabrında açıqlanan Müdafiə Hazırlığı Yol Xəritəsi isə 2030-cu ilədək Avropanın müdafiə imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur.

Məsələ ondadır ki, hazırlanmış strateji planlara hərbi texnika və sursat istehsalının artırılması, raket hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, hərbi qüvvələrin operativ hərəkəti üçün infrastrukturun təkmilləşdirilməsi və Avropa ölkələri arasında müdafiə əməkdaşlığının genişləndirilməsi daxildir. Avropa Birliyinin strateji yanaşmasına görə, məqsəd mümkün hərbi böhranlar zamanı "qoca qitə"nin daha hazırlıqlı və koordinasiyalı fəaliyyət göstərməsini təmin etməkdir.

Bu baxımdan, 2030-cu il hədəfi müharibənin başlanacağı tarixdən daha çox müdafiə qabiliyyətinin gücləndirilməsi üçün müəyyənləşdirilmiş strateji zaman çərçivəsi kimi görünür. Yəni, Avropa dövlətlərinin müdafiə hazırlığını gücləndirməsi onların Rusiya ilə müharibəyə başlamaq qərarı verdikləri anlamına gəlmir. Ona görə də, Avropa Birliyi bu tədbirləri mümkün hərbi təcavüzün qarşısını almaq və strateji çəkindirmə imkanlarını genişləndirmək zərurəti ilə əsaslandırır.

Digər tərəfdən, Avropa Birliyinin müdafiə siyasətindəki dəyişikliklər NATO çərçivəsində qəbul edilən analoji qərarlarla da bağlıdır. Alyansın 2025-ci ilin iyununda Haaqada keçirilən sammitində üzv dövlətlər 2035-ci ilədək ümumi daxili məhsulun 5 faizini müdafiə və təhlükəsizlik xərclərinə ayırmaq öhdəliyi götürüblər. Bu xərclərin 3,5 faizinin birbaşa hərbi müdafiəyə, 1,5 faizədək hissəsinin isə kritik infrastrukturun qorunması, kibertəhlükəsizlik və digər əlaqəli sahələrə yönəldilməsi nəzərdə tutulur.



Göründüyü kimi, Avropa ölkələri yalnız hərbi büdcələrini artırmır, həm də uzunmüddətli müdafiə strategiyalarını da yenidən nəzərdən keçirirlər. Bununla belə, əlavə maliyyə ayrılması "qoca qitə"nin bütün müdafiə problemlərinin qısa müddətdə həll ediləcəyi demək deyil. Yeni silah sistemlərinin istehsalı, sursat ehtiyatlarının yaradılması, hərbi personalın hazırlanması və ölkələrin silahlı qüvvələrinin koordinasiyası kifayət qədər ciddi zaman tələb edir.

Təbii ki, Rusiya və Avropa Birliyi arasında münasibətlərin əsas problemlərindən biri də məhz qarşıduran tərəflərin hərbi hazırlıq tədbirlərini fərqli arqumentlərlə şərh etməsidir. Avropa ölkələri müdafiə imkanlarının gücləndirilməsini Rusiyadan qaynaqlanan mümkün təhlükələrə qarşı çəkindirmə tədbiri kimi təqdim edirlər. Kreml isə NATO-nun genişlənməsini və Avropa ölkələrinin hərbi potensialının artmasını Rusiyanın təhlükəsizliyinə ciddi təhdid kimi göstərir.

Ancaq bu kəskin ziddiyyət həm də beynəlxalq münasibətlərdə təhlükəsizlik dilemması adlandırılan geostrateji vəziyyətə də tamamilə uyğundur. Belə ki, bir tərəfin özünü qorumaq məqsədilə atdığı hərbi addımlar digər tərəfdə təhlükə hissini artırır və onu da öz müdafiə imkanlarını gücləndirməyə sövq edir. Və nəticədə, hər iki tərəf hərbi müdafiəyə hazırlaşdığını bildirsə də, qarşılıqlı etimadsızlıq daha da dərinləşir.

Əslində, prezident Vladimir Putinin son xəbərdarlığını da elə bu kontekstdə Rusiyanın Avropa ölkələrinə ünvanladığı siyasi və hərbi mesaj kimi qəbul etmək olar. Belə ki, Rusiya prezidenti bir tərəfdən müharibə niyyətinin olmadığını bildirir, digər tərəfdən isə mümkün hərbi qarşıdurmaya tam hazır olduqlarını da vurğulayır. Və bu, həm rəqibləri çəkindirmək, həm də Rusiyanın təhlükəsizlik məsələlərində geri çəkilməyəcəyi mesajını vermək məqsədi daşıyır.



Digər tərəfdən, Rusiya və Avropa ölkələri arasında hərbi qarşıdurma ehtimalını Ukrayna müharibəsindən ayrı nəzərdən keçirmək mümkün deyil. Çünki Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hərbi müdaxilə Avropanın təhlükəsizlik prioritetlərini ciddi şəkildə dəyişib. Nəticədə "qoca qitə"nin bir sıra ölkələri müdafiə xərclərini artırmağa, hərbi potensialını genişləndirməyə və NATO daxilində koordinasiyanı gücləndirməyə başlayıb.

Eyni zamanda, kollektiv Qərbin Ukraynaya hərbi yardımları da Rusiya və Avropa ölkələri arasında münasibətlərin gərginliyini artıran əsas amillərdən biri olaraq, qalır. Belə ki, Avropa dövlətləri rəsmi Kiyevə verilən bu dəstəyi Ukraynanın özünümüdafiə hüququ ilə əsaslandırır. Ancaq Kreml isə kollektiv Qərbin Ukraynaya hərbi yardımlarını Rusiyaya qarşı yönəlmiş təzyiq siyasətinin tərkib hissəsi kimi təqdim edir.

Göründüyü kimi, bütün bunlar istənilən halda, Rusiya və Avropa ölkələri arasında hərbi qarşıdurma riskinin aktual olaraq, qaldığını göstərir. Belə ki, Avropa dövlətləri Rusiyanın gələcəkdə yarada biləcəyi hərbi təhlükələrə qarşı müdafiə imkanlarını artırmağa çalışırlar. Çünki Kreml müharibə niyyətinin olmadığını bəyan etsə də, bu, Rusiyanın yaxın gələcəkdə "qoca qitə"yə hücum etməyəcəyinə qətiyyən təminat vermir. Hər halda, Rusiyanın Ukraynaya qarşı savaşa başlamazdan öncə də Kremlin təxminən eyni məzmunlu mesajlar verdiyi hələ unudulmayıb.


"Yeni Müsavat"

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az