
Paytaxtın Nizami rayonunun Özbəkistan küçəsində yerləşən böyük yaşıllıq ərazidə ağacların məhv edilməsi prosesi gedir. Mediada yayılan video-görüntülərdən məlum olur ki, ağaclar kökündən çıxarılır, ərazidə hündürmərtəbəli binaların tikintisi üçün hazırlıq işləri aparılır. Yes yayılmasından sonra da özbaşınalığın qarşısını almaqda maraqlı deyillər. Əksinə, bəlkə də rəsmi və ya qeyri-rəsmi razılıq da veriblər. Özü də bu qanunsuzluqlar, şəhər sakinlərinin təmiz hava və sağlam mühit hüququnun pozulması “yaşıl soyqırım” rayonda “2026: Şəhərsalma və Arxitektura ili” çərçivəsində keçirilən silsilə tədbirlərin fonunda baş verir.
Rəvac verilən bu özbaşınalığı hansı sahibkar, iş adamı icra edir, bu, başqa söhbətin mövzusudur. Düşünürük ki, “bizimkilərin” laqeydliyi bu yerə çatıbsa, Özbəkistan səfirliyinə müraciət edilməlidir. Axı, küçə qardaş türk ölkəsinin adını daşıyır və iki xalqın dostluğunu simvolizə edir. Hansısa özbək Azərbaycan şairi Nizaminin Daşkənddəki heykəlinə bir daş atsa, bizə necə təsir edər?
Mövzuya qayıdacağıq.
Nisa Şirvanlı
Nyus.Az

























