
Xəbər verdiyimiz kimi, Bakı metrosunda qatarların hərəkətində gecikmə baş verib.
Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində hərəkətdə olan qatarda texniki nasazlıq qeydə alınıb.
Bakı Metropolitenindən bildirilib ki, nasazlıq səbəbindən köməkçi qatar cəlb olunaraq problemli qatar xətdən çıxarılıb.
Qısa müddət ərzində Qırmızı xətt üzrə qatarların hərəkət intervalı bərpa olunub.
Qeyd edilib ki, həmin müddətdə Yaşıl və Bənövşəyi xətlər üzrə qatarlar qrafikə uyğun hərəkət edib.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istənilib.
____________
Bakı metrosunda qatarların hərəkətində gecikmə baş verib.
Bu barədə Milli.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, artıq 15 dəqiqədir ki, qatarlar "Koroğlu" stansiyası ilə "Ulduz" stansiyası arasında dayanıb.
"Deyirlər ki, qarşıda nəsə problem var. Qatarda kondisioner də yoxdur. Nəfəs almaq olmur", - deyə məlumatda bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən fakt təsdiqlənib.
"Problem qırmızı xətdədir. Yaxın zamanda xəbər veriləcək", - deyə QSC-dən vurğulanıb.
Nyus.Az

























