• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-06-2026 Azərbaycanda zəlzələ oldu
  • 17-06-2026 Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - FOTO
  • 17-06-2026 Pirəkəşküldə partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən xəbərdarlıq
  • 17-06-2026 Sudan xüsusi istifadə ödənişləri bu ilin sentyabrın 1-dən tətbiq ediləcək
  • 17-06-2026 Cənubda yenə ekofəlakət - FOTO FAKT
  • 17-06-2026 Toy mədəniyyətində dönüş - şok qadağa gündəmdə
  • 17-06-2026 Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
  • 17-06-2026 Uğurun yerinə Burak Özçivit gətirilir
  • 17-06-2026 İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
  • 17-06-2026 Roberto Martines millini tərk etməyə hazırlaşır
  • 17-06-2026 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
  • 17-06-2026 Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
  • 17-06-2026 “Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov
  • 16-06-2026 Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
  • 16-06-2026 Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
  • 16-06-2026 Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı
  • 16-06-2026 Baytarlıq preparatları vergidən azad olundu
  • 16-06-2026 Lavrovla Fidan görüşdü
  • 16-06-2026 Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb
  • 16-06-2026 Şura sədrinə iki müavin veriləcək - Yeni qərardan detallar

XƏBƏRLƏR

    Roberto Martines millini tərk etməyə hazırlaşır
    Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
    “Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov
    Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb
    “Qarabağ”ın Avropa Liqasındakı rəqibi bu gün müəyyənləşəcək
    PSJ Olise üçün hərəkətə keçdi
    Yaponiya millisində karyerasını başa vurdu
    Van Persi qovuldu
    Bu şəxslərin beyni daha gec YAŞLANIR
    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
Bu gün, 08:31

Toy mədəniyyətində dönüş - şok qadağa gündəmdə

Toy mədəniyyətində dönüş - şok qadağa gündəmdə


Bəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, cəmiyyət alternativ yanaşmaları tədricən qəbul edir

Azərbaycanda yas mərasimlərində ehsanın mərhələli şəkildə aradan qaldırılması cəmiyyətin uzun illər formalaşmış sosial stereotiplərinin dəyişə bildiyini göstərdi. Bu fonda toy mərasimləri ilə bağlı müzakirələrin aktuallaşması təsadüfi deyil. Xüsusilə spirtli içkilərin yaratdığı xoşagəlməz hallar və dava-dalaşlar ictimai narazılığı artıran əsas amillərdən biri kimi önə çıxır.

Lakin toy məclislərində spirtli içkilərin tam qadağan olunması məsələsinə birmənalı yanaşmaq çətindir. Problem yalnız içkinin mövcudluğunda deyil, ümumilikdə davranış mədəniyyəti, sosial təzyiq və nəzarət mexanizmlərinin zəifliyindədir. Bu baxımdan, radikal qadağalar əvəzinə mərhələli və balanslı yanaşma daha effektiv görünür.

Məsələn, spirtli içkilərin təqdimatına məhdudiyyətlərin tətbiqi, məclislərin daha sivil formatda təşkili, restoran və şadlıq evlərində nəzarətin gücləndirilməsi kimi addımlar real nəticə verə bilər. Paralel olaraq, cəmiyyətdə “toy = israf və sərbəst davranış” stereotipinin dəyişməsi də vacib şərtlərdən biridir.

Digər tərəfdən, artıq bəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, alternativ yanaşmalar tədricən qəbul olunur. Bu isə gələcəkdə daha geniş sosial transformasiyanın mümkünlüyündən xəbər verir.

Toy mərasimlərində spirtli içkilərin məhdudlaşdırılması dava-dalaşların azalmasına müəyyən təsir göstərə bilər. Lakin bu, yalnız kompleks yanaşmanın bir hissəsi olarsa effektiv olar. Əsas məsələ cəmiyyətin mərasim mədəniyyətinin daha məsuliyyətli və müasir formaya keçid etməsidir.

Bəs toylarda spirtli içkilərin təqdim olunmasının ləğvi mümkündürmü? Yaxud bu sahədə müəyyən məhdudiyyət və ya normativ qaydaların tətbiqi real görünürmü?



Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Deputat deyib ki, ümumiyyətlə, Milli Məclisin gündəliyində belə bir məsələ yoxdur. Yəni hazırda nə yas mərasimləri, nə də toyların təşkili qanunvericiliklə tənzimlənir. Bu sahə ilə bağlı xüsusi qanun mövcud deyil və belə bir məsələ də hazırda gündəmdə deyil: “Spirtli içkilərlə bağlı məsələyə gəldikdə isə kiçik bir statistika aparsaq görərik ki, cəmiyyətdə baş verən xoşagəlməz hadisələrin mütləq əksəriyyətinin kökündə məhz bu amil dayanır. Söhbət ailədaxili münaqişələrdən, yol-nəqliyyat hadisələrindən, insanlar arasında baş verən müxtəlif qarşıdurmalardan gedir. Gün ərzində xəbərləri izlədikdə də görürük ki, bu cür hadisələrin böyük hissəsinin əsas səbəblərindən biri spirtli içki istifadəsidir.

Yəni istər qəzaların, istər müxtəlif münaqişələrin, istərsə də ailədaxili problemlərin kökündə əksər hallarda insanların spirtli içki qəbul etdikdən sonra törətdikləri hərəkətlər dayanır. Bu problem özünü kifayət qədər ciddi şəkildə göstərir.

Ona görə də hesab edirəm ki, gələcəkdə bu sahədə müəyyən tənzimləmələrin həyata keçirilməsinə ehtiyac yarana bilər. Çünki faktiki olaraq spirtli içkilərdən kütləvi və nəzarətsiz istifadə cəmiyyətdə ciddi problemlərə səbəb olur. Amma qeyd etdiyim kimi, bunun tənzimlənməsi tamamilə fərqli məsələdir. Bunun üçün siyasi qərar verilməli, geniş araşdırmalar aparılmalı və ictimai müzakirələr təşkil olunmalıdır".

Deputat deyib ki, əgər insanların spirtli içki qəbul etdikdən sonra bu qədər cinayət törətdiyini, yol qəzalarına səbəb olduğunu görürüksə, deməli, məsələyə fərqli yanaşmalar ortaya qoyulmalı və bu cür halların qarşısının alınması üçün daha təsirli mexanizmlər üzərində düşünülməlidir.



Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov toylarla bağlı qadağaların tərəfdarı olmadığını deyir: “Azərbaycanın toy adət-ənənələri, sözsüz ki, əsrlər boyu formalaşıb və milli mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Burada söhbət yalnız zahiri və vizual mədəniyyətdən getmir. Toy ənənələri eyni zamanda xalqımızın mənəvi, ruhi, dini və məişət həyatını, davranış qaydalarını, ailə dəyərlərini və yaşam tərzini özündə əks etdirən mürəkkəb bir sosial-mədəni institutdur.

Bəli, son illərdə toy məclisləri həddindən artıq dəbdəbəli, bəzən hətta krallara məxsus bir səviyyədə təşkil olunur. Lakin nə dövlət, nə də cəmiyyət kiməsə diktə edə bilməz ki, toyunda hansı yeməyi təqdim etsin, hansı etməsin və ya toyunu hansı formada keçirsin, yaxud keçirməsin.

Aydın məsələdir ki, müəyyən ümumi standartlar mövcuddur və həmin standartlardan kənara çıxmaq olmaz. Toyların gigiyenik şəraiti, qida təhlükəsizliyi, ictimai asayiş və insanların davranış qaydalarına əməl etməsi baxımından həm şadlıq sarayları, həm toy təşkilatçıları, həm də məclisi sifariş edən ailələr məsuliyyət daşıyırlar".

Müsahibimizin sözlərinə görə, toy məclislərində bu və ya digər yeməyin, yaxud spirtli içkinin təqdim olunub-olunmaması məsələsi kifayət qədər mübahisəli mövzudur: “Biz dünyəvi dövlətik və Avropa dövlətçilik fəlsəfəsinə uyğun olaraq vətəndaşlara geniş liberal azadlıqlar təqdim etmişik. Təəssüf ki, bəzi hallarda insanlar bu azadlıqlardan sui-istifadə edir, bəzən isə bilərəkdən və ya bilməyərəkdən qanunları və ictimai davranış normalarını pozurlar. Əslində keçmişdə Azərbaycan toylarında spirtli içkilər geniş yayılmamışdı. İçki məclisləri ayrıca təşkil olunur, bəzən xüsusi mağarlarda keçirilirdi. Hətta bəzi bölgələrdə içki içənlərlə içməyənlərin məclisləri ayrılırdı. Son illərdə, xüsusilə müstəqillik dövründən sonra isə bu ənənələr tədricən aradan qalxıb və bəzi hallarda toylar həddindən artıq israfçılığa və alkoqol istehlakına əsaslanan məclislərə çevrilib.

Əvvəllər mövcud olan mağar mərasimləri, qadın və kişi məclisləri, xınayaxdı, paltarkəsdi, nişan kimi ayrı-ayrı mərasimlər zamanla bir məkanda birləşdirildi. Bu gün əksər hallarda bütün mərasimlər vahid toy məclisi çərçivəsində keçirilir. Nəticədə qadınlar, kişilər, uşaqlar, yaşlılar və gənclər eyni zalda toplaşır, çox zaman qarışıq masalarda əyləşirlər. Həmin süfrələrdə müxtəlif yeməklər, salatlar, şirniyyatlar, eləcə də alkoqollu və alkoqolsuz içkilər təqdim olunur".

Aydın Xan Əbilov deyib ki, spirtli içki təqdim olunsa da, olunmasa da, bir çox dava-dalaşların kökündə insanların davranış mədəniyyəti, ictimai yerlərdə özünü aparmaq bacarığı və ümumi əxlaq məsələləri dayanır: “Bununla belə, alkoqol həmin problemləri daha da dərinləşdirən amilə çevrilir. Xüsusilə şəxsi və ya ailə problemlərini içki vasitəsilə unutmağa çalışan insanlar zamanla həm ətrafdakılar, həm də bütövlükdə cəmiyyət üçün problem yaradırlar.

Mən dünyəvi düşüncəli bir insan kimi spirtli içki qəbul edən insanların da hüquqlarını tanıyıram və hesab etmirəm ki, toylarda spirtli içkilərin qadağan olunması problemləri tamamilə aradan qaldıra bilər. Hətta buna ehtiyac da yoxdur. Tarix göstərir ki, qadağalar hər zaman gözlənilən nəticəni vermir. Məsələn, ABŞ-də 1930-cu illərdə tətbiq olunan “quru qanun” dövründə qeyri-qanuni içki ticarəti, mafioz qruplar və kölgə iqtisadiyyatı daha da gücləndi. Azərbaycanda da oxşar addım atılarsa, müəyyən problemlərin yaranması istisna deyil.

Toy biznesi Azərbaycanın xidmət və əyləncə sektorunun ən böyük sahələrindən biridir. Müxtəlif hesablamalara görə, bir milyondan çox insan dolayısı və ya birbaşa şəkildə bu sahədən gəlir əldə edir. Buna görə də hər hansı qadağa və ya sərt məhdudiyyət tətbiq edilərkən onun sosial və iqtisadi nəticələri də nəzərə alınmalıdır. Onsuz da ölkədə və dünyada işsizlik problemi kifayət qədər aktualdır. Məncə, qadağalar əvəzinə müəyyən məhdudiyyətlər tətbiq etmək daha məqsədəuyğun olardı. Məsələn, süfrələrdə təqdim olunan spirtli içkilərin sayı azaldıla bilər. İçki təqdim olunan hissələr restoranın ayrıca bölməsində və ya ayrıca zalda təşkil oluna bilər. Bundan əlavə, həddindən artıq spirtli içki qəbul edən şəxslərə nəzarət etmək üçün şadlıq saraylarında xüsusi təhlükəsizlik əməkdaşları fəaliyyət göstərməlidir. Belə hallar aşkar edildikdə, həmin şəxslər məclisdən uzaqlaşdırılmalı, zərurət yaranarsa hüquq-mühafizə orqanları məlumatlandırılmalıdır. Bu cür tədbirlər dava-dalaşların və xoşagəlməz hadisələrin qarşısının alınmasına kömək edə bilər". “Yeni Müsavat”

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az