
Ukrayna ordusuna Starshield peyk rabitə xidmətlərinin göstərilməsi bu həftənin əvvəlində Ağ Evin əmri ilə məhdudlaşdırılıb.
Nyus.Az xəbər verir ki, məlumatı Reuters yayıb. İki ABŞ rəsmisi və bir Qərb rəsmisi də daxil olmaqla mənbələrə görə, "Ukraynanın döyüş meydanındakı rabitə və dronların idarə olunması üçün istifadə etdiyi peyk sisteminin məhdudlaşdırılması əmri Ağ Evdən gəlib". Agentlik bildirir ki, Pentaqon rəhbərliyi "Ukrayna ordusu üçün Starshield xidmətlərini yavaşlatmaq üçün bir mesaj alıb".
Bu qərarı kimin verdiyi dəqiqləşdirilmir.
Məqalədə həmçinin Vaşinqton administrasiyasının rəsmisinin bu məsələ ilə bağlı şərhinə istinad edilir. Rəsmi qeyd edib ki, ABŞ prezidenti Donald Tramp "belə bir əmr verməyib".(Musavat.com)
Nyus.Az

























