
ABŞ prezidenti Donald Tramp yenidən Rusiya və Ukrayna preizidentlərinə münasibətini diqqət mərkəzinə gətirib.
Nyus.Az xəbər verir ki, o, Newsmax-a müsahibəsində Putinə sevgisini, Zelenskiyə nifrətini gizlətməyib. Tramp bildirib ki, Putinlə münasibət qurmaq onun üçün Zelenski ilə münasibət qurmaqdan daha asandır: "Düşünürəm ki, Zelenski ilə münasibət qurmaq Putinlə münasibət qurmaqdan daha çətindir".
O, iddia edib ki, Volodimir Zelenski münaqişənin həllini istəmir; ölkə onun dövründə məhv edilib: "O, həll yolu istədiyini deyir, amma istəmir. Mən Zelenskinin böyük fanatı deyiləm; onlar bu ölkəni məhv ediblər. Zelenski bizim münasibət qurmalı olduğumuz adam deyil."
Tramp həmçinin bildirib ki, Ukraynadakı münaqişə Zelenskinin iştirakı olmadan həll edilə bilər: "Düşünürəm ki, sonda onlar bir növ razılaşma əldə edəcəklər. Onlar bunu ona etməyəcəklər. O, razılaşma istəmir".(Musavat.com)
Nyus.Az

























