
Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
Nyus.Az-ın məlumatına görə, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib.
Mətbuat Şurasının sədri Rəşad Məcid qurultayı açıq elan edib və hər kəsi salamlayıb.
Dövlət Himninin oxunmasından sonra Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin xatirəsi sayğı duruşu ilə yad edilib.
Rəşad Məcid bildirib ki, qurultayda 201 nümayəndə iştirak edir.
Gündəlikdəki məsələlərin təqdimatından sonra Seyfəddin Hüseynli qurultay iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub.
Qurultay öz işini davam etdirir.
Qeyd edək ki, qurultayda Mətbuat Şurasının İdarə Heyətinə yeni üzvlər seçiləcək.
Nyus.Az-

























