• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
Bu gün, 08:06

Pulumuz dərmana gedir – QORXUNC statistika

Pulumuz dərmana gedir – QORXUNC statistika


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 386,4 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 21,5 % çoxdur. Ötən 9 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.



Cebhe.info xatırladır ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Dərman satışının kəskin şəkildə artması əhalinin qeyri-sağlam olduğunu deməyə əsas verirmi?

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev Musavat.com-a deyib ki, bu, biznes nöqteyi-nəzərindən, eləcə də büdcə baxımından müsbət göstərici kimi qiymətləndirilə bilər.

“Amma məsələnin digər tərəfləri də var. Dərman satışının artması əhalinin sağlamlığı ilə bağlı müəyyən problemlərin mövcudluğuna da işarə edə bilər. Bu baxımdan, əhalinin sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqların olduğunu söyləmək mümkündür. Amma burada başqa bir məsələyə də toxunmaq istəyirəm. Təəssüf ki, əhalinin müəyyən hissəsi həkim məsləhəti olmadan dərman qəbul edir. İnanın ki, bu, çox geniş yayılıb. Məsələn, bir insan deyir ki, ürəyim ağrıyır. Qonşusu isə ona məsləhət görür ki, mənim də ürəyim ağrıyırdı, filan dərmanı aldım, qəbul etdim, xeyrini gördüm. Həmin şəxs də gedib o dərmanı alır və qəbul etməyə başlayır. Halbuki bu, qətiyyən düzgün yanaşma deyil”,_ deyə A.Əliyev bildirib.



Farmokoloqa görə, əgər dərman satışının artması biznes baxımından faydalı görünürsə, digər tərəfdən, insanların sağlamlığı üçün ciddi təhlükələr yarana, xəstəliklərin ağırlaşmasına səbəb ola bilər: “Çünki insanın ürək nahiyəsində ağrı hiss etməsi heç də mütləq ürək xəstəliyinin olması demək deyil. Ağrının səbəbi onurğa ilə, sinirlərlə, qaraciyərlə və ya qanla bağlı problemlər ola bilər. Görün, eyni simptomun arxasında nə qədər müxtəlif səbəblər dayana bilər. Səbəb müəyyənləşdirilmədən dərman qəbul etmək isə vəziyyəti daha da ağırlaşdıra bilər.

Ona görə də həkim məsləhəti olmadan dərman qəbul etmək olmaz. İnsan özbaşına dərman içməklə, əslində, öz sağlamlığına zərər vurmaq riski yaradır. Bu gün sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “YouTube”-da dərmanlarla bağlı müxtəlif məlumatlar yayılır. Kimsə qəzetdə nə isə oxuyur, kimsə televiziyada dərman reklamına baxır və həmin preparatın ona da lazım olduğunu düşünür. Reklamın olması başadüşüləndir, amma əsas məsələ budur: reklam olunan dərman konkret insana lazımdırmı, onun xəstəliyinə uyğundurmu, başqa qəbul etdiyi preparatlarla ziddiyyət yarada bilərmi? Bunu həkim müəyyənləşdirməlidir. Bütün bu məsələlər, bir tərəfdən, əhalinin sağlamlığı ilə bağlı problemləri göstərir, digər tərəfdən isə insanların öz sağlamlıqlarına münasibətində ciddi çatışmazlıqlar olduğunu ortaya qoyur. Təəssüf ki, bir çox insan həkimə müraciət etmədən, mütəxəssislə məsləhətləşmədən öz-özünə diaqnoz qoyur və özünü müalicə etməyə çalışır. Halbuki insan hansı dərmanın ona faydalı, hansının isə zərərli olduğunu özbaşına müəyyənləşdirməməlidir. Bu məsələdə həkim məsləhəti əsasdır”.(Musavat.com)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az