• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 12-06-2026 Bakının avtobus İŞGƏNCƏSİ... - Kağız üzərində işləyən AYNA!
  • 12-06-2026 Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
  • 12-06-2026 Xaçmazda narkotik əkib-becərən və satan şəxslər saxlanılıb
  • 12-06-2026 Bölgələrdə yağış və şimşək müşahidə olunur
  • 12-06-2026 Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
  • 12-06-2026 Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
  • 12-06-2026 Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
  • 12-06-2026 Parlamentdə 10 məsələ müzakirəyə çıxarılır
  • 12-06-2026 PSJ Olise üçün hərəkətə keçdi
  • 12-06-2026 Kredit borcu olan əsgərlərə güzəşt varmı?
  • 12-06-2026 Yaponiya millisində karyerasını başa vurdu
  • 12-06-2026 Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
  • 12-06-2026 Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə müraciət
  • 12-06-2026 “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib
  • 12-06-2026 İlon Mask tarixə düşdü
  • 12-06-2026 Goranboyda marketdə kassadakı pulu ələ keçirən şəxs tutuldu
  • 12-06-2026 Azərbaycan Rusiyanı təbrik edib
  • 12-06-2026 12 iyun üçün rəsmi məzənnələr məlum oldu
  • 12-06-2026 Qara qızıl ucuzlaşdı
  • 09-06-2026 Avtomobil sahiblərinə VACİB XƏBƏR: Ayın 16-dan qərar qüvvəyə minir

XƏBƏRLƏR

    PSJ Olise üçün hərəkətə keçdi
    Yaponiya millisində karyerasını başa vurdu
    Van Persi qovuldu
    Bu şəxslərin beyni daha gec YAŞLANIR
    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
Bu gün, 12:55

Bakının avtobus İŞGƏNCƏSİ... - Kağız üzərində işləyən AYNA!

Bakının avtobus İŞGƏNCƏSİ... - Kağız üzərində işləyən AYNA!


Paytaxtın ictimai nəqliyyat sistemi artıq sadəcə bərbad vəziyyətdə deyil, bu sistem vətəndaşların əsəblərini, sağlamlığını və insani ləyaqətini hər gün ayaqlar altına atan bir rəzalət mərkəzinə çevrilib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.

O daha sonra fikrini belə davam etdirir: "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə bu rəzaləti sadəcə kənardan izləyir.

Camaatın cibini soymaq üçün şəhərin hər küncünü pullu parking xətləri ilə bəzəməyi mükəmməl bacaran bu qurum, nədənsə marşrut xətlərindəki biabırçılıqlara gələndə kor, kar və lallıq nümayiş etdirir.

AYNA-nın fəaliyyəti deyilən quru anlayış, görünür, yalnız rəngli boyalarla asfaltı xətləməkdən və cərimə yazmaqdan ibarətdir!

Hər gün pik saatlarda eyni kabusu yaşayırıq: gəlmək bilməyən marşrutlar, süni şəkildə uzadılan intervallar və dayanacaqlarda çürüyən yüzlərlə sərnişin.

Nəhayət, avtobus gələndə isə içəri daxil olmaq yox, birtəhər "soxulmaq" lazım gəlir. İnsanlar salonlarda elə basırıq, elə bir-birinin kürəyinə sıxılmış vəziyyətdə gedirlər ki, nəinki tərpənmək, nəfəs almaq belə möcüzəyə çevrilir.

AYNA rəhbərliyinin masa arxasında oturduğu yerdən bəh-bəhlə elan etdiyi "optimallaşdırma" və sərnişin daşınması islahatlarının acı reallığı bax budur: xaos, əsəb və keyfiyyətsizlik.

Qaydalara, qanunlara əsasən iyunun 1-dən etibarən bütün avtobuslarda kondisionerlər mütləq şəkildə qoşulmalı idi.

Amma qanunu kim sayır, AYNA-ya kim tabe olur?

Dünən şəxsən özüm 61 və 79 nömrəli marşrut xətlərində oldum. Qarşılaşdığım mənzərə sözün əsl mənasında dəhşət idi! Kondisioner deyilən şeydən əsər-əlamət yoxdur.

Avtobusun içi 40 dərəcəlik isti qazanını xatırladır. İnsanlar bərbad havasızlıqdan boğulur, təzyiqi olan yaşlılar, azyaşlı uşaqlar hər an huşunu itirmək, infarkt keçirmək təhlükəsi ilə üz-üzə qalırlar. Vətəndaşın sağlamlığı daşıyıcı şirkətlərin yanacaq pullarına qənaət ambisiyalarına qurban verilir!

Bu dözülməz vəziyyətlə bağlı AYNA-nın Mətbuat xidmətinin rəhbəri Tural bəylə əlaqə saxladıq. Aldığımız cavab isə hər il verilən, artıq hamını bezdirən şablon və məsuliyyətdən qaçan kağız parçası cavabından başqa bir şey deyil:

"Hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib.

Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb."

Bu açıqlama dövlət qurumunun öz acizliyini və səriştəsizliyini etiraf etməsindən başqa bir şey deyil! Bu cavabdan açıqca bəlli olur ki, AYNA rəhbərliyi üçün fəaliyyət sadəcə daşıyıcılara məktub göndərib "vəzifəni icra etdim" deməkdən ibarətdir. Bəs nəzarət mexanizmi haradadır?

Sən rəsmi qurum olaraq tapşırıq verirsən, amma daşıyıcı şirkət sənin tapşırığına tamamilə məhəl qoymur, sərnişini istidə qovurur və sən buna seyirci qalırsan!
Belə çıxır ki, AYNA rəhbərliyinə öz verdiyi tapşırıqların icra olunub-olunmaması ümumiyyətlə maraqlı deyil. Şirkətlər özbaşına, idarəçilik bərbad, qurum isə məsuliyyətsizdir!

Əgər sizin sözünüzün daşıyıcı qarşısında bir çəkisi yoxdursa, əgər göndərdiyiniz məktublar sadəcə kağız üzərində qalırsa, onda siz o kreslolarda niyə əyləşmisiniz?

Gediş haqlarını qaldırmağa gələndə "avtobus parkı yenilənir, xidmət keyfiyyəti artırılır" nağıllarını danışanlar, bu gün milləti avtobuslarda heyvan kimi daşıtdırırlar.

Vətəndaş gediş haqqını qəpiyinə kimi ödəyirsə, qarşılığında normal, insani xidmət tələb etmək hüququna malikdir. AYNA rəhbərliyi hesabatlarda virtual uğurlar bəzəməyi buraxmalı, xətlərə çıxıb millətin hansı zilləti çəkdiyini gözləri ilə görməlidir.

Tələbimiz qətidir: qaydalara əməl etməyən, kondisioneri yandırmayan daşıyıcılar rəsmi məktubla yox, ən ağır sanksiyalar və xətlərin əllərindən alınması ilə cəzalandırılmalıdır! Biz bəhanə yox, nəticə gözləyirik!"

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az