• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 07-11-2026 ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB
  • 07-11-2026 Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • 07-11-2026 Şuşada yazılan tarix, Qarabağda qurulan yeni həyat – Zəfərdən 6 il ötür
  • 07-11-2026 “Brent” nefti bahalaşdı
  • 07-11-2026 Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
  • 07-11-2026 ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
  • 07-11-2026 Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
  • 07-11-2026 Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - VİDEO
  • 07-11-2026 Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO
  • 07-11-2026 QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
  • 07-11-2026 “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
  • 07-11-2026 Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - VİDEO
  • 06-11-2026 Binəqədi Rayon İcra Hakimiyyəti Qafqaz şeyxinin qarşısında aciz qalıb? – VİDEO
  • 06-11-2026 Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
  • 06-11-2026 Mətin Eynullayevin rəhbəri olduğu qurumun MİLYONLARLA BORCU VAR - DETALLAR
  • 06-11-2026 Tanınmış xanəndənin əri həbs olundu
  • 06-11-2026 Elxan Usubov 2024-2025-ci illərdə Şəkidə yolların əsaslı təmirinə ayrılmış vəsaitləri hansı küçələrə səpib
  • 06-11-2026 Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
  • 06-11-2026 Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 06-11-2026 İran müharibəyə hazırlaşır: Təyyarələr dağların altına köçürüldü - ŞOK DETALLAR

XƏBƏRLƏR

    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
    Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
    “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
    Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Bu gün, 09:32

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib


Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Nyus.Az müraciəti təqdim edir:

"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

"Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu"nun iştirakçıları olan 400-dən artıq vətəndaş cəmiyyəti təmsilçiləri xalqımızın tarixində ən şanlı səhifələrdən olan 8 Noyabr Zəfər Gününün 6-cı ildönümü ərəfəsində Sizə müraciət etməkdən böyük qürur hissi keçiririk!

Siz Azərbaycan xalqına tarixi Qələbə yaşatmış, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, xalqımızın milli qürurunu və ləyaqətini özünə qaytarmış, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirmiş Ali Baş Komandansınız. Sizin qətiyyətli rəhbərliyiniz, siyasi iradəniz və müdrik strategiyanız nəticəsində xalqımızın onilliklər boyu qəlbində yaşatdığı Zəfər arzusu artıq gerçəkləşib. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, dövlətçilik əzminin, xalq-iqtidar birliyinin və tarixi ədalətin təntənəsidir. 44 günlük Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazanılan Zəfər Azərbaycanı yeni tarixi mərhələyə çıxardı, ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl yaratdı.

Möhtərəm cənab Prezident!

Bu gün Azərbaycan yalnız torpaqlarını azad etmiş, suverenliyini bərpa etmiş dövlət deyil. Azərbaycan regionun siyasi və iqtisadi reallıqlarını müəyyən edən, beynəlxalq münasibətlər sistemində mövqeyi və sözü ilə seçilən, artan imkanları və nüfuzu ilə orta güc mərkəzinə çevrilən dövlətdir. Müharibədə Qələbə qazanmış Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi çıxış etməsi Sizin siyasi liderliyinizin mühüm tarixi nəticəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının həyata keçirilməsi, müasir şəhər və kəndlərin salınması qalib Azərbaycanın gələcəyə baxışının ifadəsidir. Qarabağ və Şərqi Zəngəzurda yenidən həyatın canlanması Qələbəmizin əbədi və dönməz nəticələrini nümayiş etdirir.

Möhtərəm cənab Prezident!

Azərbaycanın gücü yalnız iqtisadi və hərbi potensialı ilə ölçülmür. Bu gücün təməlində bizi birləşdirən azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərimiz, tarixi yaddaşımız və ümummilli həmrəyliyimiz dayanır. Bu baxımdan milli ideoloji təhlükəsizliyin qorunması, cəmiyyətin yad təsirlərdən və dezinformasiyalardan müdafiəsi, dövlətçilik maraqlarının, tarixi həqiqətlərimizin və milli-mənəvi dəyərlərimizin təbliği xüsusi əhəmiyyət daşıyır.

Son illərdə Sizin rəhbərliyinizlə ölkəmizdə keçirilən COP29, Ümumdünya Şəhərsalma Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq tədbirlər Azərbaycanın qlobal proseslərdə artan rolunu, təşkilatçılıq imkanlarını və beynəlxalq etimadını təsdiqləyir, bizi həm də öz dəyərlərimizi qorumağa, onları müdafiə etməyə ruhlandırır.

Azərbaycan QHT-ləri vətəndaş cəmiyyətinin fəal təmsilçiləri olaraq bu istiqamətdə öz məsuliyyətini dərindən dərk edir və dövlətimizin milli maraqlarının, mənəvi və Konstitusion dəyərlərinin qorunmasına bundan sonra da töhfə verməyə hazır olduğunu bildirir.

Hörmətli cənab Prezident!

Biz - Azərbaycan QHT-ləri Sizin yanınızdayıq, Sizinləyik və dövlətimizin inkişafı, milli maraqlarımızın qorunması, xalqımızın birliyi və həmrəyliyi naminə müəyyən etdiyiniz strateji hədəflərin həyata keçirilməsində öz töhfəmizi verməyə hazırıq. Gəncədə toplaşdığımız Forum çərçivəsində mina qurbanlarının iştirakı ilə keçirilən amputant futbol oyununu seyr edərkən bir daha əmin olduq ki, Azərbaycan xalqının yenilməz ruhunu heç bir mina, heç bir müharibə yarası sarsıda bilməz - bu insanların meydanda nümayiş etdirdiyi iradə, həyat eşqi və mübarizə əzmi bizim Qələbəmizin xalqımızın qəlbində əbədi məskən salmasının parlaq təzahürü idi.

Möhtərəm cənab Prezident!

Bu əlamətdar gün ərəfəsində bir daha bəyan edirik ki, Azərbaycan QHT-ləri Sizin rəhbərliyinizlə həyata keçirilən siyasəti tam dəstəkləyir, müstəqil və qüdrətli Azərbaycanın gələcəyinə böyük inamla baxır.

Zəfər xalqımızın qüruru, suverenliyimiz dövlətimizin əbədi sərvəti, Azərbaycançılıq məfkurəsinə əsaslanan milli birliyimiz isə gələcək qələbələrimizin təminatıdır!".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az