• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
4-08-2026, 08:31

Sülh nə bir gecədə, nə də... - Bakıdan İrəvana XƏBƏRDARLIQ

Sülh nə bir gecədə, nə də... - Bakıdan İrəvana XƏBƏRDARLIQ


“Avqustun 2-3-də Ermənistanın IX çağırış parlamentinin ilk iclası keçirilib və bu iclas, formal prosedur xarakterindən çox, ölkənin gələcək siyasi trayektoriyasının ilkin lakmus testinə çevrilib”.

Bunu Musavat.com-a siyasi şərhçi Tural İsmayılov deyib. Ermənistan parlamentinin yeni çağırışda keçirilən ilk iclaslarında müşahidə olunan ənənəvi sərt ritorika barədə danışarkən ekspert xatırladıb ki, iyunun 7-də Ermənistanda keçirilən seçkilər nəticəsində hakim Vətəndaş Müqaviləsi Partiyası 105 mandatlıq parlamentdə 64, müxalif “Güclü Ermənistan” bloku 29, “Hayastan” bloku isə 12 mandat qazanıb.




“Rəqəmlərə diqqətlə baxsaq, burada həm ümid, həm də ciddi məhdudiyyət görünür. 64 mandat - bu, sadə - mütləq çoxluqdur, Paşinyanın hökumət qurmasına, gündəlik qanunvericiliyi keçirməsinə kifayət edir. Lakin Ermənistan Konstitusiyasına düzəliş üçün tələb olunan nəticə mövcud deyil. Bu, sülh prosesinin ən zəif həlqəsidir. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması Ermənistan Konstitusiyasında ərazi iddiasını ehtiva edən müddəaların - Müstəqillik Aktına istinadın ləğvindən asılıdır. Paşinyanın bu addımı təkbaşına, öz fraksiyası ilə parlamentdən keçirməsi riyazi olaraq mümkün deyil. O, ya müxalifətdən dəstək tapmalı, ya referenduma getməli, ya da yeni koalisiya formatları axtarmalıdır. Bu, prosesi sürətləndirməsə də, mütləq şəkildə “sual altına” qoymur. Sadəcə, əlavə siyasi manevr və vaxt tələb edir. İlk iclasın gedişi isə radikal qüvvələrin əsl mahiyyətini bir daha üzə çıxarıb”,_ ekspert vurğulayıb.



T.İsmayılov xatırladıb ki, Ermənistanın müstəqillik tarixində ilk dəfə açılış iclasına bütün ermənilərin katolikosu II Qaregin dəvət olunmayıb, buna etiraz olaraq revanşist deputatlar and içmə mərasiminə qatılmaqdan imtina ediblər, “Ermənistan” blokunun deputatları iclas başa çatmadan zalı tərk ediblər: “Daha diqqətçəkici faktdır ki, “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan Paşinyanı vaxtilə Serj Sərkisyanın üçüncü müddət hakimiyyətdə qalmasına qarşı çıxmaqda, sonradan isə özünün eyni yolu tutmaqda ittiham edib. Bu mənzərə göstərir ki, Ermənistandakı revanşist qüvvələr artıq alternativ siyasi gündəm təklif etməkdən çox prosedur sabotajına, simvolik jestlərə və legitimlik böhranı yaratmaq cəhdlərinə söykənir. Onların əsas silahı arqument deyil, emosional-tarixi manipulyasiyadır - kilsə amilinin siyasiləşdirilməsi, Qarabağ nostalgiyası və xarici (Rusiya) dəstəkli narrativlərin təkrarı”.

Siyasi şərhçi parlamentdəki anti-Azərbaycan, anti-Türkiyə qüvvələrdən də bəhs edib: “Bilindiyi kimi, Ermənistanın seçkilərdə iştirak edən müxalifəti Rusiya ilə əlaqəlidir və Paşinyan hakimiyyətinin guya Azərbaycan və Türkiyə nəzarəti altında olduğunu iddia edir . Bu, Rusiyanın Ukrayna və Moldovada tətbiq etdiyi hibrid təsir metodlarının təkrarıdır. Sorğular isə açıq mesaj verir: kəskin anti-Azərbaycan və revanşist şüarlarla çıxış edən radikal qüvvələr erməni cəmiyyətində real dəstək qazanmır. Bu qüvvələrin reytinqi seçki bərabərindən dəfələrlə aşağıdır. Başqa sözlə, revanşizm artıq Ermənistan cəmiyyətinin əksəriyyəti üçün cəlbedici layihə deyil, marginal səs-küydür. Bu fonda Azərbaycanın mövqeyi diqqətəlayiq dərəcədə ardıcıl və konstruktivdir. Bakı heç vaxt sülhü şərtsiz təklif etməyib, əksinə, konkret, hüquqi əsaslandırılmış tələblər, konstitusiyadan ərazi iddiasının çıxarılmasını qoyaraq prosesin formal deyil, mahiyyətcə davamlı olmasını təmin etməyə çalışıb”.

Ekspert Bakı ilə İrəvan arasında əldə olunmuş razılaşmaları da xatırladıb: “8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə imzalanan sülh memorandumu çərçivəsində tərəflər Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün birgə müraciət ediblər və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə əməkdaşlığa start verilib. Bu, təkcə ikitərəfli deyil, regional əməkdaşlığın yeni memarlığının əsasını qoyan addımdır. Türkiyə isə bu prosesdə sabit, dəyişməz tərəfdaş kimi çıxış edib. Ankara - İrəvan normallaşması Bakı-İrəvan sülhü ilə paralel aparılaraq, regionda “iki cəbhəli” düşmənçilik məntiqinin sona çatdırılmasına töhfə verib. Hər iki dövlətin mövqeyi - sülhü tələb etmək, lakin onu formal jestlə deyil, hüquqi - institusional təminatlarla bağlamaq istəyi məhz uzunmüddətli sabitliyin təminatı kimi qiymətləndirilməlidir. Beləliklə, mənzərə birmənalı deyil, lakin ümidverici toqquşan iki tendensiyanı əks etdirir. Bir tərəfdən, Paşinyanın konstitusiya dəyişikliyi üçün kifayət qədər mandatı yoxdur və bu, prosesi ləngidə bilər. Digər tərəfdən, seçkilərin özü artıq bir referendum funksiyası daşıyıb. Ermənistan xalqı sülh gündəliyini dəstəklədiyini göstərib və bu, Paşinyana ictimai legitimlik verir, hətta parlamentdə mütləq çoxluğu olmasa belə”.

T.İsmayılovun fikrincə, revanşist qüvvələrin ilk iclasdakı nümayişi onların zəifliyinin göstəricisidir: “Sülh sazişinin taleyi indi daha çox Paşinyanın siyasi manevr bacarığından, mümkün koalisiya formatlarından və ya referendum variantından asılı olacaq. Amma prosesin özünün geri dönməsi indiki mərhələdə real ssenari kimi görünmür. Azərbaycan və Türkiyənin prinsipial, lakin konstruktiv mövqeyi isə regionun gələcəyi üçün ən möhkəm zəmanətdir. Sülh nə bir gecədə, nə də zəif təməllər üzərində qurulacaq. Əksinə, hüquqi və institusional cəhətdən dönməz şəkildə bərqərar ediləcək”.

E.Paşasoy,
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az