
Santos"un hücumçusu Neymar poker turnirində iştirak etdiyinə görə ünvanına səslənən tənqidlərə sərt reaksiya verib.
Nyus.Az İdman.Biz-ə istinadən bildirir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşdığı videoda həmin gün istirahətdə olduğunu bildirib və tənqidçilərinə "öz həyatları ilə məşğul olmağı" tövsiyə edib:
"Bu gün ikinci məşqə hazırlaşırdım və yadıma düşdü ki, istirahət günümdə poker oynamağa getdiyim üçün hamı bundan danışırdı. Səhər məşq etdim, oyuna getmədim, sonra yenidən məşqlərə qayıtdım. İstirahət günüm idi. Amma yenə də danışırlar. İndi məşqə hazırlaşıram. Məşq edə bilərəm, yoxsa buna görə də məni tənqid edəcəksiniz? Öz həyatınızla məşğul olun".
Nyus.Az























