
Gəncədə təcili yardım avtomobili qəzaya düşüb.
Nyus.Az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Təcili tibbi yardım avtomobili VAZ- 2106 markalı maşınla toqquşub.
Qəza zamanı təcili yardım avtomobilində olan xəstə üçün əlavə avtomobil gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
[media=https://www.youtube.com/shorts/o9bifcFJZOc]
Nyus.Az
























