
Ukrayna Rusiyanın Leninqrad və Moksva vilayətlərinə kütləvi dron hücumu həyata keçirib.
Nyus.Az xəbər verir ki, OSİNT kanalları Wildberries-in Leninqrad vilayətində Krasnı Bor və Moskva vilayətində Çexov anbar və logistika mərkəzlərinə zərbələr endirildiyinə dair məlumat yayır.
Məlumat Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko tərəfindən təsdiqlənib. O, bildirib ki, Leninqrad vilayətində on yeddi PUA vurulub, Tosnenski rayonunun Krasnı Bor kəndi yaxınlığındakı anbar ərazisinə zərər vurulub.
Moskva vilayətinin qubernatoru isə dron hücumu nəticəsində 5 nəfərin həlak olduğuna dair məlumat yayıb. Bildirilir ki, zərbələrin nəticələri dəqiqləşdirilir. (Musavat.com)
Nyus.Az
























