• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır
  • 24-07-2026 Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
  • 24-07-2026 Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
  • 23-07-2026 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
  • 23-07-2026 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • 23-07-2026 İyul ayının pensiyaları tam ödənildi
  • 23-07-2026 “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026 Sumqayıtda evdə kişi meyiti tapıldı
  • 23-07-2026 Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
  • 23-07-2026 Belə evləri alanlar uduzur — Açıqlama
  • 23-07-2026 ABŞ-yə hücumlarda Moskvanın əli – kəşfiyyat istintaqa başladı
  • 23-07-2026 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? — VİDEO
  • 23-07-2026 Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
  • 23-07-2026 Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
  • 23-07-2026 “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
  • 23-07-2026 Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
  • 23-07-2026 Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
  • 23-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

XƏBƏRLƏR

    Neymar tənqidlərə sərt cavab verdi
    Neymar tənqidlərə sərt cavab verdi
    “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
18-04-2025, 08:31

Avropa İttifaqı sülhə qarşı: İkinci cəbhə açıldı - SİRLƏR ORTAYA ÇIXIR!

Avropa İttifaqı sülhə qarşı: İkinci cəbhə açıldı - SİRLƏR ORTAYA ÇIXIR!

Armen Qriqoryan Brüsseldə Aİ-nin müdafiə naziri statusunda olan Kubiliusla nələri müzakirə edib və daha çox hansı yardımı istəyib?; Ermənistandakı revanşistləri həvəsləndirənlərin sayı artır - analitiklər sirr pərdəsini qaldırdı
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfər edib və burada Avropa İttifaqının müdafiə üzrə komissarı Andrius Kubilius ilə görüşüb. Ermənistan Təhlükəsizlik Şurasının məlumatına görə, onlar müdafiə və hərbi sənaye kompleksi sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qriqoryan Ermənistan hökumətinin müdafiə sənayesi sektorunun inkişafı istiqamətində həyata keçirdiyi işləri təqdim edib və prioritet istiqamətləri qeyd edib. Kubilius, öz növbəsində, Aİ-nin müdafiə və hərbi istehsal sahəsində prioritetlərini, habelə hazırlanmış strateji konsepsiyalara əsaslanan fəaliyyət planını ətraflı şəkildə qeyd edib. Təhlükəsizlik Şurasının katibi Avropa Sülh Fondu tərəfindən Ermənistana göstərilən dəstəkdən məmnunluğunu ifadə edərək, onun ölkənin dayanıqlığının artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Aİ-nin müdafiə üzrə komissarı vəzifəsi yenidir. O, ötən ilin sentyabrında Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü fonunda Avropaya artan təhdidlərin səbəb olduğu müzakirələr nəticəsində yaradılıb. Ursula fon der Leyen yenidən Avropa Komissiyasının sədri seçildikdən sonra Avropanın müdafiə potensialının gücləndirilməsi, silahlanma və hərbi sənaye sahəsində ümumi strategiyanın həyata keçirilməsi məqsədi ilə bu vəzifəyə litvalı Kubiliusun namizədliyini irəli sürüb.

Kubiliusun məsuliyyət sahəsinə birgə investisiyalar və satınalmalar vasitəsilə Avropa Müdafiə Texnologiyası və Sənaye Bazasının gücləndirilməsi, həmçinin vahid müdafiə bazarının yaradılması istiqamətində iş daxildir. Avropa Komissiyasının sədri Ursula fon der Leyen yeni komissiyanın tərkibi elan edildikdən sonra jurnalistlərə deyib: “O, Avropa Müdafiə İttifaqının inkişafı və müdafiə qabiliyyətinə sərmayələrimizin artırılması üçün çalışacaq”. Kubiliusun yeni “titulu” möhtəşəm səslənsə də, o, yalnız Aİ-nin müdafiə sənayesinin təşkilini təkmilləşdirməyə və üzv dövlətlərə yenidən silahlanmada kömək etməyə yönələcək.

Ermənistana gəlincə, Avropa Komissiyası ötən il Avropa Sülh Fondunun xətti ilə ölkəyə 10 milyon avro qrant ayırıb. Bu vəsait Ermənistanın müdafiə potensialını gücləndirmək üçün istifadə edilməli idi. Qeyd edək ki, bu fond Aİ tərəfdaş ölkələrinin müdafiə qabiliyyətinin artırılması məqsədilə yaradılıb. Keçən ay məlum oldu ki, Aİ Ermənistana Avropa Sülh Fondu (APF) vasitəsilə daha 10 milyon avro (təxminən 10,5 milyon dollar) hərbi yardım ayırmağı düşünür. Güman etmək olar ki, Ermənistan Təhlükəsizlik Şurası katibinin Brüsselə səfəri Aİ-dən daha çox hərbi yardım almaq, o cümlədən Avropa Sülh Fondundan ikinci tranşın müzakirəsi məqsədi daşıyırdı.

Məlumdur ki, Aİ-nin Ermənistana hərbi yardım göstərməsi Azərbaycanda ciddi narazılıq yaradır. Bununla bağlı rəsmi Bakı dəfələrlə Avropa İttifaqını tənqid edib, belə dəstəyin regionda sülhün əldə olunmasına mane olduğunu bildirib. Məsələ burasındadır ki, Ermənistan son illərdə fəal şəkildə silahlanır, o cümlədən Fransa və Hindistanın köməyi ilə.

Avropa İttifaqının Azərbaycanın regiondakı maraqlarına qarşı yönəlmiş daha bir addım Ermənistanda sərhəd monitorinq missiyasının yerləşdirilməsi olub. Bakı dəfələrlə bəyan edib ki, bu missiya mülki deyil, əslində hərbi xarakter daşıyır.

Son altı həftə ərzində Macarıstan Aİ-nin Avropa Sülh Fondundan Ermənistana göndərilən 10 milyon avroluq hərbi yardımın qarşısını kəsib. Bu barədə "AzadlıqRadiosu" mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, Budapeşt sonda ölkədə minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün Bakıya ekvivalent məbləğdə maliyyənin göndərilməsi şərtini irəli sürüb. Məlumata görə, Macarıstanı yardımı buraxmağa inandırmaq üçün əlavə müzakirələr aparılıb, lakin heç bir irəliləyiş əldə olunmayıb.

Azad Məsiyev

Qərbin bütün bu addımlarını şərh edən siyasi ekspert Azad Məsiyevin fikrincə, Avropa Birliyi Cənubi Qafqaz respublikalarını öz təsiri altına salmaq istəyir. “Yeni Müsavat”a danışan təhlilçi hesab edir ki, Gürcüstanda son baş verənlər də bunun bariz nümunəsi idi: ""Gürcü Arzusu" Partiyasının iqtidar olması Qərbin maraqlarına uyğun deyildi. Ona görə gürcü müxalifəti dəstəklənirdi. Bütün bu hərəkətlərin səbəbi odur ki, Avropa Birliyi regionda mövqeyini möhkəmləndirməklə Rusiyanın cənub cinahını bağlamaq istəyir. Qərb o məntiqlə Ukrayna münaqişəsinin başa çatmasında da maraqlı deyil və Zelenskini müdafiə edir ki, Rusiya müharibədən çıxa bilməsin. Həmçinin Cənubi Qafqazda Ermənistan və Paşinyan üzərindən bu siyasət həyata keçirilir. Ona görə Qərb Ermənistanda hakimiyyətin hərbi-siyasi cəhətdən əlini gücləndirir”, - deyə A.Məsiyev bildirib.

Onun dediyinə görə, çünki regionun aparıcı dövləti Azərbaycandır, rəsmi Bakı isə Brüsselin əlində alətə çevrilmək və ya Rusiya əleyhinə addımlar atmaq istəmir, nəticədə bunu Ermənistan vasitəsilə etməyə çalışırlar: “O səbəbdən, Ermənistan üzərindən Azərbaycana təzyiqlər göstərilir. Müşahidə missiyası da bölgəyə təsadüfən göndərilməyib. Son vaxtlar ermənilərin şərti sərhəddə təxribatları fonunda həmin missiya raportlar hazırlayır və Azərbaycanı ittiham etməyə hazırlaşır. Eyni zamanda bu təxribatlar Qərbdən gələn sifarişdir. Odur ki, Ermənistana hər vasitə ilə dəstək verilir. Gördüyünüz kimi, Avropanın bütün strukturları Azərbaycana qarşı düşmənçilik edir. Bu institutları isə Fransa idarə etməkdədir. Yəni Paşinyan publik şəkildə sülhdən danışır, arxada isə Qərbin hərbi-siyasi dəstəyinə güvənib sərhəddə təxribatlara yol verir”.

Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyevin fikrincə, Qriqoriyanın Brüssel səfəri işgüzar mahiyyət daşıya bilməz, birbaşa hərbi-siyasi dəstəyi artırmaq üçün xahişə yollanıb. Onun sözlərinə görə, söhbət tən il 5 apreldə Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticələrinin inkişaf etdirilməsindən gedir: “O zaman Blinken, Leyen və Paşinyan Ermənistana dəstək sənədləri imzaladı. Amma hərbi saziş olduğu açıqlanmadı. Avropa İttifaqı Azərbaycanı inandırmağa çalışdı ki, hər hansı hərbi yardımlar nəzərdə tutulmur, halbuki yalan idi. Qərb Ermənistan üçün "Marşal planı" hazırlamaqdadır. Yəni müharibədən çilik-çilik çıxmış ordunu dirçəltmək, məğlub xalqın əhval-ruhiyyəsini yaxşılaşdırmaq, Ermənistanın arxasında Avropa Birliyi kimi bir gücün dayandığını cəmiyyətə nümayiş etdirmək cəhdləri var. Qriqoryan səfəri ilə xalqa göstərir ki, Rusiyadan üz döndərmişik, əvəzində Qərb bizi himayə edir. Ermənistan heç zaman ağasız qala bilmir və hər əsrdə onu dəyişir".

F.Əliyevə görə, bu dəstəyin Azərbaycan üçün riskləri mövcuddur: “Ermənistan Fransaya, Avropa İttifaqına bel bağlayıb regionda gərginliyi artıran eskalasiya cəhdlərinə yol verir. Paşinyan Azərbaycanla müharibə olmayacağını bəyan etsə də, bu mövqeyi İrəvanın addımları ilə daban-dabana ziddir. Üstəlik, adı Avropa Sülh Fondu olan bu təsisat bölgədə dayanıqlı sülhə töhfə vermək yerinə işğalçını hərbi yardımla təchiz edirsə, hər hansı şərh verməyə də ehtiyac qalmır. Sadəcə, bu dəstəyin genişlənməsinin iki başı var - Bakıya qarşı İrəvanı gücləndirmək, yəni müharibədən sonra Ermənistanı reabilitasiya eləmək, ikincisi, anti-Rusiya ovqatını artırmaq. Bununla Rusiyanın Cənubi Qafqazda rolunu, təsirlərini minimuma endirmək hədəflənib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az