• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 26-10-2026 Tramp niyə Putini yox, Zelenskini sıxır? Sadə sualın arxasındakı dəhşətli gerçəklik - TƏHLİL
  • 26-10-2026 Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 26-10-2026 Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
  • 26-10-2026 DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - VIDEO
  • 26-10-2026 «AzəriQaz»da «İSLAHAT KÜLƏYİ» əsir - İşçi azalır, yük artır, qənaət isə zirvəyə qalxır!
  • 26-10-2026 Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
  • 26-10-2026 Sumqayıtda kəmər partlayıb, evləri su basıb - VIDEO
  • 26-10-2026 Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
  • 26-10-2026 Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
  • 26-10-2026 Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
  • 26-10-2026 Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
  • 26-10-2026 Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
  • 26-10-2026 Tramp: "Mənə lazımi qiymət verilmir"
  • 26-10-2026 Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
  • 26-10-2026 Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
  • 26-10-2026 Maşın dirəyə çırpıldı: 4 nəfər yaralandı, 2-si uşaqdır
  • 26-10-2026 Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO

XƏBƏRLƏR

    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
Bu gün, 08:44

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...


İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini elan edib. "İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır" deyən Simayi Sərraf bildirib ki, geyim forması təhsilə mane olmamalıdır.

Nyus.Az axar.az-a istinadən bildirir ki, iranlı nazirin bu açıqlaması Azərbaycanın daxili işlərinə açıq şəkildə müdaxilə etmək cəhdidir. İrandan Azərbaycana qarşı bu kimi cəhdlər edilməsi, xüsusilə dini məsələlərin siyasi alətə çevrilməsi zaman-zaman olduğu üçün Simayi Sərrafın açıqlaması o qədər də təəccüblü deyil, lakin ironikdir.

Birincisi, İranda illərdir 40 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququ pozulur. Hətta yerli və milli dillərin mətbuatda istifadəsi, həmçinin məktəblərdə tədris edilməsi İran konstitusiyasında təsbit olunsa da, reallıqda bu, heç vaxt yerinə yetirilməyib.

Simayi Sərrafın istəyi həqiqətən də insanların təhsil almasıdırsa, o zaman Azərbaycana dil uzatmaqdan öncə 40 milyon azərbaycanlının təhsil hüququnun təmin edilməsi ilə məşğul olmalıdır.

İranda təhsil hüququndan məhrum olan azərbaycanlı xanımın nazir Sərrafa müraciəti bu ölkənin təhsil sistemindəki haqsızlığı göz önünə sərir.

"Babaye Vəzir, azərbaycanlı qızlar İranda hansı dildə təhsil alacaq? Yüz ildir ki, İranın Azərbaycanında biz ana dilində təhsil almaqdan məhrumuq. İndi azərbaycanlı qızlara İranda Azərbaycan dilində mədrəsə və məktəb hazırlayacaqsınız? Əgər bunu elə bilərdinizsə, bəs, İrandakı azərbaycanlılara niyə indiyə qədər ana dilində təhsil almağa imkan verməmisiniz. Bir vətəndaş olaraq, ana dilində təhsil almaq haqqımdır", - güneyli qız bildirib.

Babaye Sərraf, buyur, İran vətəndaşı olan azərbaycanlı xanıma cavab ver. Verə bilməz, çünki "azərbaycanlı qızların İranda təhsilinə şəraitin yaradılması"nda məqsəd təhsil hüququnun təmin edilməsi yox, Azərbaycanda dindarların inancında siyasi alət kimi istifadə etməkdir.

İkincisi, iranlı nazir azərbaycanlı qızlara "azad təhsil mühitinin" yaradılacağından danışır.

Məşhur misalda deyildiyi kimi, "dinimə söyən barı müsəlman olsa". İrandakı mövcud vəziyyətlə azad təhsil mühiti tərs mütənasibdir. Bu ölkədə təkcə 40 milyon azərbaycanlının yox, hicab məcburiyyətinə qarşı çıxan, azad yaşamaq istəyən bütün qızların təhsil almasına imkan verilmir. Hər şey bununla da yekunlaşmır, hicab məcburiyyətinə etiraz edən qızlar təkcə məktəblərə, universitetlərə buraxılmır, həm də qətlə yetirilir. 2017-2018-ci illərdə baş verən "İran küçələrinin qızları" hərəkatında, 2022-ci ildə hicabını çıxaran 22 yaşlı Məhsa Əmininin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq başlanan aksiyalarda iranlı qızlar ölümlə üz-üzə qaldılar. Simayi Sərrafın azərbaycanlı qızlara "azad təhsil mühiti" vəd etdiyi İranda qızlar hicab məcburiyyətinə etiraz etdikləri üçün təhsil hüququndan məhrum edilir, küçələrdə döyülür, öldürülür.

Üçüncüsü, İranın məqsədi azərbaycanlı qızlara təhsil vermək yox, öz ideologiyası ilə beyinləri yuyulmuş şəbəkə yaratmaqdır.

İllərdir Azərbaycanda həyata keçirmək istədikləri siyasət bunu deməyə əsas verir. İranın dini-klerikal dairələrinin yaratdığı "Müsəlman Birliyi Hərəkatı", həmçinin İranda Azərbaycan vətəndaşlarından ibarət yaradılan "Hüseyniyyun" terror qruplaşması belə nümunələrdəndir. Bu baxımdan, azərbaycanlı qızların təhsil adı ilə İrana dəvət edilməsinin onları öz maraqlarının alətinə çevirmək məqsədi daşıdığı sirr deyil.

Azərbaycan xalqı ayıq olmalı, İrandan edilən belə çağırışlara aldanmamalıdır. İranlı nazir Simayi Sərraf da yaxşı olar ki, Azərbaycana dil uzatmaq əvəzinə ölkəsindəki 40 milyon azərbaycanlının, eləcə də hicab məcburiyyətinə etiraz edən qızların təhsil hüququnun pozulmasından, şallaqlanmasından, öldürülməsindən danışsın. Danışa bilmirsə, sussun.

Azərbaycanın daxili işlərinə nəinki İran, heç bir ölkə qarışa bilməz. Əgər İran buna cəhd edirsə, o zaman Azərbaycan da bu ölkədə hicab məcburiyyətindən azad olmaq istəyən, buna görə məktəblərə, universitetlərə buraxılmayan qızları təhsil almaq üçün dəvət edə bilər.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az