• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 26-10-2026 Tramp niyə Putini yox, Zelenskini sıxır? Sadə sualın arxasındakı dəhşətli gerçəklik - TƏHLİL
  • 26-10-2026 Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 26-10-2026 Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
  • 26-10-2026 DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - VIDEO
  • 26-10-2026 «AzəriQaz»da «İSLAHAT KÜLƏYİ» əsir - İşçi azalır, yük artır, qənaət isə zirvəyə qalxır!
  • 26-10-2026 Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
  • 26-10-2026 Sumqayıtda kəmər partlayıb, evləri su basıb - VIDEO
  • 26-10-2026 Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
  • 26-10-2026 Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
  • 26-10-2026 Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
  • 26-10-2026 Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
  • 26-10-2026 Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
  • 26-10-2026 Tramp: "Mənə lazımi qiymət verilmir"
  • 26-10-2026 Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
  • 26-10-2026 Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
  • 26-10-2026 Maşın dirəyə çırpıldı: 4 nəfər yaralandı, 2-si uşaqdır
  • 26-10-2026 Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO

XƏBƏRLƏR

    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
Bu gün, 09:02

Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər

Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər


Naxçıvan Muxtar Respublikasında səhiyyə müəssisələrində çalışan tibb işçiləri ixtisas dərəcələrinə və peşəkarlıq səviyyələrinə uyğun olaraq aylıq vəzifə maaşlarına 10, 15 və ya 25 faiz əlavə haqq ala bilərlər.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bunun üçün onlara ikinci, birinci və ya ali ixtisas dərəcəsi verilməlidir. İxtisas dərəcəsi 5 il müddətinə qüvvədə olur və onun verilməsi tibb işçisinin sertifikasiyasının nəticələrinə əsasən müəyyən edilir.

Qaydalara əsasən, ali ixtisas dərəcəsi olan tibb işçilərinə vəzifə maaşının 25 faizi, birinci ixtisas dərəcəsi olanlara 15 faizi, ikinci ixtisas dərəcəsi olanlara isə 10 faizi həcmində aylıq əlavə haqq ödənilir.

Əlavə haqq ixtisas dərəcəsinin qüvvədə olduğu müddətdə, dərəcənin alındığı aydan sonrakı ay başlayaraq ödənilir. Sonuncu ay da tam nəzərə alınır. Tibb işçisi iş yerini dəyişdikdə isə onun ixtisas dərəcəsi saxlanılır.

İxtisas dərəcəsi almaq üçün Naxçıvanda səhiyyə müəssisələrində çalışan ali və orta təhsilli tibb işçilərinin ixtisasları üzrə azı 5 il əmək stajı olmalıdır. Dərəcələr ardıcıllıqla - ikinci, birinci və daha sonra ali ixtisas dərəcəsi üzrə verilir.

İkinci ixtisas dərəcəsi almaq üçün mütəxəssisin ixtisası üzrə 5 il iş stajı olmalı, tutduğu vəzifədə sərbəst fəaliyyət göstərməli və iş yerindən müsbət xarakterizə olunmalıdır.

Birinci ixtisas dərəcəsi üçün ixtisas üzrə 10 ildən artıq iş stajı, sərbəst fəaliyyət göstərmək bacarığı, ixtisasa aid müxtəlif tədbirlərdə iştirak və iş yerindən müsbət xarakteristika tələb olunur.

Ali ixtisas dərəcəsi almaq istəyən tibb işçisinin isə ixtisası üzrə 15 ildən artıq stajı olmalı, yüksək ixtisaslaşdırılmış tibbi xidmət göstərmək bacarığı və elmi-praktik konfranslarda iştirak təcrübəsi nəzərə alınmalıdır. Namizədin iş yerindən müsbət xarakteristikası da tələb olunur.

Bundan əlavə, İxtisas Komissiyası namizədin tibb üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olmasını, rezidenturanı bitirməsini və elmi məqalələrinin dərc edilməsini də nəzərə alır.

İxtisas dərəcəsi almaq istəyən tibb işçisi sertifikasiya üçün təqdim etdiyi sənədlərlə yanaşı, ixtisası üzrə son 5 illik fəaliyyəti barədə hesabatı və xasiyyətnaməni də təqdim etməlidir. Hər iki sənəd müəssisənin möhürü və rəhbərinin imzası ilə təsdiqlənməlidir.

İxtisas Komissiyasının üzvləri hesabatla tanış olur, tibb işçisinin praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyənləşdirmək üçün onun ixtisasına aid suallar verirlər. Komissiya namizədə ixtisas dərəcəsinin verilməsi, mövcud dərəcəsinin təsdiqlənməsi və ya dəyişdirilməsi barədə rəy hazırlayır.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi barədə qərarı İxtisas Komissiyalarının rəyi əsasında qəbul edir. Komissiyanın rəyi sədri, katibi və üzvləri tərəfindən imzalanaraq təsdiq üçün Nazirliyə təqdim olunur. Nazirliyin əmri ilə bir həftə ərzində tibb işçisinə ixtisas dərəcəsini təsdiq edən şəhadətnamə verilir.

İxtisas dərəcəsinin verilməsi ilə bağlı mübahisəli məsələlərə qanunvericiliyə uyğun qaydada məhkəmədə baxılır.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az