• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
20-04-2022, 10:43

Abşeron rayonunda İcra hakimiyyəti lal, kar, kordur - Üç rəsmi qurumun bacarmadığı "Cənab X" kimdir? - FOTO

Abşeron rayonunda İcra hakimiyyəti lal, kar, kordur - Üç rəsmi qurumun bacarmadığı "Cənab X" kimdir? - FOTO


Abşeron rayonu Masazır qəsəbəsində fərdi evlərin ortasında aparılan qanunsuz tikinti ilə bağlı problem bitmək bilmir.

Söhbət Masazır kəndi, "Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığında Rəsul Rza və İsmət Qayıbov küçələrində aparılan iki layihədənkənar tikintidən gedir.

Məsələ dəfələlərlə ictimailəşdirilsə də, həmin ünvandakı fərdi evlərdə yaşayan narazı sakinlərin haqlı tələblərinə nə məhəl qoyulur, nə də rəsmi qurumlar qanunsuz və təhlükəli tikintini aparan şəxslərə qarşı müvafiq addımlar atır. Baxmayaraq ki, hər iki layihə planında 3 mərtəbəli fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulub.

Sakinlər ərazidə çoxmərtəbəli tikili üçün əvvəlcədən salınan fərqli hüdudları, üstəlik tikintinin ətrafındakı yaşayış evləri ilə ara məsafəsinin gözlənilmədiyini gördükdə, işin astarını anlayıb müdaxilə etməyə başlayıblar.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də sözügedən tikintinin layihədənkənar aparıldığına dair rəy verib və bu barədə Abşeron Rayon İcra Hakimiyyətini məlumatlandırıb. Amma nə rəsmi qurumlar icra hakimiyyətinə, nə də tikinti sahibinə söz keçirə bilir.

Bir sözlə, Abşeron Rayon icra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fərdi evlərin ortasında artıq 7 mərtəbə ucaldan iş adamları qarşısında aciz qalıb.

İcra hakimiyyətindən iki fəqrli cavab…

Narazı sakinlər hər iki tikintinin dayandırılması ilə bağlı aylardır ki, aidiyyəti qurumlara rəsmi məktubla müraciətlər edir. Maraqlıdır ki, Abşeron Rayon icra Hakimiyyəti sakinlərin müraciətinə iki fərqli cavab göndərib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məhəmmd Həsənov tərəfindən bu il fevralın 7-də etiraz edən sakinlərdən biri, Fazil Qafarlının məktubuna cavab olaraq qeyd edilib ki, ərazidə tikintinin aparılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməyib.

Sonradan Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsınin baş məsləhətçisi Elvin Quliyev tərəfindən Fazil Qafarlının məktubuna yeni cavab gəlib. O, aparılan tikintilərin Ceyhun Məzahir oğlu Cabbarova və Telman Natiq oğlu Pirzadayevə aid olduğunu qeyd edərək 2021-ci il dekabrın 29-da həmin şəxsə fərdi ev tikilməsi üçün "məlumatlandırma icraatı” qaydasında icazə verildiyini bildirib.

Bəs 3 mərtəbəyə icazə verilibsə, niyə çoxmərtəbəli?

Şikayətçilər Fazil Qafarlı, Şakir Həsənov, Xanlar Qasımov, İlkin Hacıyev və digərləri növbəti dəfə saytımıza açıqlamalarında aparılan qanunsuz tikinti ilə bağlı məhkəməyə, eləcə də ölkə başçısına müraciət edəcəklərini söyləyiblər: "Aylardır etdiyimiz müraciətlər fayda vermir. Fərdi evlərin ortasında hündürmərtəbəli bina ucaldılar? Özü də evimizdən 3 metr aralı məsafə ilə… Orada bütün tikinti qaydaları pozulub".

"Dəfələrlə qanunsuz inşanı aparan şəxslə də söhbətlərimiz olub. Amma fayda vermir. Bu pozuntuya niyə göz yumulur, anlamıram. Şikayətlərimiz çoxalan kimi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları gəlib lent çəkirlər və işləri dayandırırlar. Bir neçə gün keçir, yenə davam edir. Bir sözlə heç bir qurum bu işə nə əncam çəkir, nə də tikintiyə müdaxilə edir. Tələbimiz isə hər iki tikintinin sökülməsidir”, – deyə şikayətçilər bildirib.

Məsələ ilə bağlı "Bizim.Media"ya danışan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsmisi Rövşən Cəfərov özlərinin də bu durumda aciz qaldıqlarını etiraf edib: "Orada layihədən kənarlaşmadır. Tikintinin dayandırılmamasından, əksinə davam etdirilməsindən də xəbərdarıq. Lazım olan bütün orqanlara – Abşeron Rayon İcra Hakimiyyətinə, Abşeron Rayon Polis İdarəsinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub, teleqramlar göndərmişik. Texniki baxış aktı yazılıb və onun əsasında tikintinin dayandırılması haqda qərar verilib. Tikintini aparan yoldaş hələki bunlara məhəl qoymur. Əlindəki sənədə görə həmin ünvanda 3 mərtəbəli fərdi ev inşa etməlidir. Amma ağına-bozuna baxmadan mərtəbələri qaldırır. Telefonlara belə cavab vermir. Qanunlara müvafiq olaraq o tikinti sökülməlidir və bunun üzərində işləyirik”.

Rövşən Cəfərov əlavə edib ki, sözügedən məsələ ilə bağlı növbəti dəfə yerli icra hakimiyyətinə və polisə məktub göndəriblər: "Şəhərsalma qanunlarına görə o tikinti 1 il müddətində sökülməlidir. Ümumiyyətlə istənilən halda icra hakimiyyəti icazə verdiyi və təsdiq etdiyi layihələrə nəzarət etməlidir. Üstəlik vətəndaş da qanunlara hörmətlə yanaşmırsa, bu cür xoşagəlməz hallar baş verir. Şikayətçilərə apardığımız tədbirlərlə bağlı da məlumat vermişik və məhkəməyə müraciət etmək hüququ olduqlarını da bildirmişik”.

Tikintini aparan şəxsin arxasında kim dayanır?

Qanunsuz tikintini aparan şəxslərə qarşı heç bir tədbir görülməməsi müəmma olaraq qalır.

Görünür, varlıqlarını gizli saxlayan iş adamlarının arxasında güclü "əl” dayanır.

Elə olmasaydı, qanunsuz olaraq zirzəmi və mansarla birgə bir bloklu, 82 mənzildən ibarət, 7 mərtəbəli bina ucalmazdı…

Abşeron Rayon İcra Hakimiyyəti məsələnin dəfələrlə gündəmə gəlməsinə baxmayaraq hələ də rəsmi mövqe bildirməyib.



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az