
Gəncədə keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Bu barədə AQTA-dan məlumat verilib.
"14 iyul 2026-cı il tarixində Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
İlkin məlumata görə, özlərini narahat hiss edən şəxslərə müvafiq tibbi yardım göstərilib. Onlara ilkin olaraq dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və evə buraxılıblar.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanmış qida məhsullarından nümunələr götürülərək laborator müayinəyə təqdim edilib.
Araşdırmalar davam etdirilir", - deyə məlumatda bildirilir.
---------------
Gəncədə daha bir yas mərasimində zəhərlənmə faktı qeydə alınıb.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən 4-ü Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Tibb müəssisəsinə yerləşdirilən həmin şəxslər bunlardır:
Tapdıq Həsənli (1999)
Leyla Hüseynova (1951)
Ramil Məmmədov (1982)
Ülviyyə Hacıyeva (1974)
Hadisə zamanı, həmçinin daha iki azyaşlı uşaq da zəhərlənib. Onlar isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma başlanılıb.
Nyus.Az

























