
Sloveniya Prezidenti Nataşa Pirts-Musarın olduğu avtomobil korteji yol-nəqliyyat hadisəsi ilə üzləşib. Hadisə iyulun 31-də ölkənin Kastelets tunelində qeydə alınıb.
Nyus.Az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, prezident məzuniyyətdən paytaxta qayıdarkən kortejdə hərəkət edən iki xidməti avtomobil toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilir ki, dövlət başçısı hadisə zamanı yüngül xəsarət alıb. O, tibbi müayinədən keçməsi üçün xəstəxanaya aparılıb və vəziyyətinin qənaətbəxş olduğu üçün qısa müddət sonra evə buraxılması planlaşdırılıb.
Qəza zamanı yaralanan digər şəxsin isə daha ağır bədən xəsarətləri aldığı qeyd edilir. Onun səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hüquq-mühafizə orqanları yol qəzasının bütün təfərrüatlarını araşdırır. (Musavat.com)
Nyus.Az

























