Yenidən namizədlik qarşısında heç bir maneə qalmır.
Nyus.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-də canlı yayımda sualları cavablandırarkən deyib.
"Hüquqa da, konstitusiyaya da uyğundur. Bunlar seçk qutusundan ümidini kəsənlərin baş vurduğu "suyu bulandırma" cəhdləridir", - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ərdoğan seçkilərdə vahid namizəd olacağı mesajını verib.