Bu il ABŞ iqtisadiyyatı 1976-cı ildən bəri ilk dəfə böyümə sürətində Çini geridə qoya biləcək.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Co Bayden müstəqil ekspertlərə istinadən özünün "Twitter" səhifəsində yazıb.
"Müstəqil ekspertlər ABŞ iqtisadiyyatının bu il Çin iqtisadiyyatından daha sürətli inkişaf edə biləcəyini proqnozlaşdırırlar", - deyə C.Bayden bildirib.
Onun sözlərinə görə, son dəfə belə bir şey 1976-ci ildə olub.