
ABŞ Çinlə əlaqə kanallarını açıq saxlamaq niyyətindədir və fikir ayrılıqlarını aradan qaldırmağı zəruri hesab edir.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlər üçün brifinq zamanı ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib.
"Dünən, avqustun 23-də ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman Çinin ABŞ-dakı səfiri Tsin Qan ilə görüşüb. Biz Çinlə ünsiyyət kanallarını açıq saxlayırıq və saxlamağı davam etdirəcəyik", - deyə nümayəndə bildirib.
Onun sözlərinə görə, Pekin "bəzi əsas əlaqə kanallarını bağlayıb və bütün dünyaya təsir edən bir sıra əsas məsələlər üzrə əməkdaşlığı dayandırıb".
"Lakin ABŞ fikir ayrılıqlarımızı həll etmək üçün açıq və konstruktiv ünsiyyət yolları axtarmağa davam edir", - deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib.
Nyus.Az

























