""Bayraktar"ların Rusiya ilə birgə istehsalına dair danışıq aparılmır"
Türkiyə ilə Rusiya arasında "Bayraktar" pilotsuz uçuş aparatlarının birgə istehsalına dair danışıqlar aparılmır.
Nyus.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu, mətbuatın iddiasıdır, belə bir təklif mövcud deyil: "Bu dronları Türkiyə dövləti deyil, özəl bir şirkət uğurlu şəkildə istehsal edir".